"Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur" - Rüfət Quliyev

"Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur" - Rüfət Quliyev
SİYASƏT
14:27 09.03.2022
556
"Ermənilərin əl atdığı bu təxribatlar heç nəyi dəyişmir, cənab Prezident demişkən, dəmir yumruq hər zaman yerindədir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
 
O, qeyd edib ki, indi Qarabağda rus sülhməramlıları da fəaliyyət göstərir, amma kimin necə fəaliyyət göstərməsindən asılı olmayaraq, dəmir yumruq hər zaman yerindədir:

"Ermənilərin əl atdığı bu təxribatlar heç nəyi dəyişmir. Mövqelər aydındır. 10 noyabr sazişinə görə, Ermənistan qol çəkdiyi sənədə və verdiyi vədlərə əməl etməlidir, başqa yolu yoxdur. Müəyyən qüvvələr var, hansı ki, daha çox Ermənstandan kənardadılar. Fransadan bir maraqlı xəbər gəldi ki, onlar Qarabağ məsələsinə bir də qayıdıb onu müzakirə etməyə hazırdılar. Bu, o deməkdir ki, Ermənistan diasporasının bir hissəsi yenə də revanşist qüvvələrə qoşulur və könülərindən başqa fikirlər keçir. Buna baxmayaraq, Azərbaycan öz boynuna götürdüyü bütün vəzifələri icra edib. Mən Allahın köməyi ilə inanıram ki, cənab Prezidentin bu cür müdrik praqmatik siyasətinin nəticəsində bu ilin axırına qədər biz Ermənistanla sülh müqaviləsi bağlanacaq. İndi Qarabağda rus sülhməramlıları da fəaliyyət göstərir, amma kimin necə fəaliyyət göstərməsindən asılı olmayaraq, cənab Prezident demişkən, dəmir yumruq hər zaman yerindədir. Amma biz hər şeyi sülh yolu ilə həll etmək istəyirik”.

Deputat həmçinin qeyd edib ki, ermənilərin bizim təklifləri qəbul etməkdən başqa çarəsi qalmayıb:

"Artıq Ermənistanda olan revanşist qüvvələri özlərini şahmat terminalogiyası ilə desək, "çuçvanq” vəziyyətinə salırlar. Bundan sonra atılan addım onları ancaq uçuruma apara biləcək. Bugünkü "Pat” situasiyasından çıxmaq üçün yeganə yol Azərbaycan tərəfinin təklif etdiyi yollardır. Sülh müqaviləsinin bağlanması, demarqasiya, delimitasiya, Zəngəzur kolidorunun açılması. Mənə elə gəlir ki, başqa yolları yoxdur. Onlar da başqa yol görmürlər, sadəcə olaraq qıcıqlandırırlar. Bu gün bütün dünyanın fikri Ukraynada gedən müharibəyə yönləndirilib. Onlar da buna görə, guya "addım” atırlar. Sonu bəllidir”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR