Ermənistanın terrorçulardan ibarət “ehtiyat ordu” sevdası suya düşdü: Xarici media erməniləri ifşa etdi

Ermənistanın terrorçulardan ibarət “ehtiyat ordu” sevdası suya düşdü: Xarici media erməniləri ifşa etdi
DÜNYA
19:01 16.10.2020
1903

Sentyabrın 27-dən etibarən Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı təxribatlar davam edir. Hər gün daha da vəhşiləşən, barbarlasan düşmən Azərbaycanın dinc əhalisini, təmas xəttindən çox uzaqda yerləşən mülki yaşayış evlərini artilleriyadan atəşə tutur.

Azərbaycan ordusu isə düşmən hücumuna qarşı əks-hücum, sülhə məcburetmə əməliyyatlarını həyata keçirir.

Azərbaycan ordusunun sülhə məcburetmə əməliyyatlarına başlaması ilə Ermənistan silahlı qüvvələri hərbi texnika, eləcə də canlı qüvvə baxımından çoxsaylı itkilərə məruz qalıb.

 

İndiki halda muzdlu döyüşçülər və terrorçuları cəbhə zonasına daha intensiv şəkildə cəlb etməklə Ermənistan hərbi-siyasi rəhbərliyi orduda şəxsi heyətlə bağlı itkilərin yerini doldurmağa çalışır. Bunun üçün də nə etdiyini artıq bütün dünya ictimaiyyəti bilir.

Düşmən öz iyrənc siyasətini, təxribatlarını həyata keçirmək üçün Livandan çoxlu sayda muzdlu döyüşçünü işğal etdiyi ərazilərə gətirib. Bu faktı Misirli telejurnalist Əla Məğribi "Əl-Ğad” xəbər saytında dərc olunan məqaləsində də qeyd edib. 

Bundan başqa rusiyalı jurnalistlərdən biri özünün məqaləsində Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi çərçivəsində gedən hərbi qarşıdurmalarda düşmən tərəfində vuruşan erməni əsilli, lakin ABŞ, Fransa və hətta Rusiya vətəndaşı olan şəxslərin iştirak etdiyini qeyd edib. Onlar xaricdə yaşayan erməniləri, erməni mənşəli əcnəbiləri "könüllülər” adı altında işğal edilmiş ərazilərə gətiriblər. Bütün bunları Azərbaycan mediası yox, dünya ictimaiyyəti, xarici medianın nümayəndələri yazır.

Bu günlərdə Fransanın "Liberation” qəzetində yenidən bu mövzuya toxunularaq daha bir fakt diqqətə çatdırılıb. Fransada yaşayan erməni, ASALA terror təşkilatının 64 yaşlı üzvü  Jilbert Minasyan Azərbaycana qarşı döyüşmək üçün Ermənistana gəlib. Terrorçu Minasyan özü ilə birgə Fransadan gətirdiyi muzdlu döyüşçülərlə birgə Qarabağdadır. Bütün bunlar onu deməyə əsas verir ki, ermənilərin canlı qüvvəsi ciddi itkilərə məruz qalıb.

Muzdlu döyüşçüləri cəlb etməklə Ermənistan təkcə Azərbaycan üçün deyil, eləcə də bir çox digər dövlətlər, beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır. Dünya birliyi buna qarşı qətiyyətli addımlar atmalıdır.

Ermənistanın Azərbaycan tərəfindən Suriyadan, Türkiyədən, Liviyadan əsgərlərin vuruşması ilə bağlı iddiaları qısa zamanda ifşa olundu. Bu iddiaları sübut edəcək heç bir dəlil irəli sürülmədi. Ermənilər bu iddialarla Azərbaycan ordusunun gücünü kölgə altına qoymağa çalışırdı. Lakin, bu onların xəyali arzusudur, elə arzu olaraq da qalacaq. Azərbaycan öz daxili resursları hesabına düşmənin işğal altında saxladığı əzəli-əbədi torpaqlarını azad edir və edəcək.

Almaniyanın tanınmış "Der Freitag” qəzetində gedən məqalədə də bu istiqamətdə düşmənin yalanları ifşa olunub. Belə ki, bir neçə gün əvvəl sözügedən qəzetdə "PKK muzdlu döyüşçüləri Dağlıq Qarabağ münaqişəsində” sərlövhəli məqalə dərc edilib. Məqalədə Ermənistanın Suriya və İraqdan PKK terrorçularını işğal altında saxladığı Dağlıq Qarabağa yerləşdirdiyinə dair məlumatların olduğu bildirilir.

Bütün bunlara da inanmayanlar varsa, BBC teleradiosu, eləcə də Rusiyanın "Novaya Qazeta” mətbu orqanında yayımlanan məlumatlara diqqət etmək kifayətdir. Həmin media orqanlarında çalışan jurnalistlərin hazırladıqları materiallarda Ermənistan tərəfindən Dağlıq Qarabağa gətirilmiş muzdlu döyüşçülərlə birbaşa ünsiyyətdə olduqları və onların fikirlərini qeyd etdikləri məlumatlar işıqlandırılıb.

Mövzuya başqa aspektdən toxunulan daha bir yazı isə rusiyalı jurnalist Sergey Leonovun "ura.ru” informasiya agentliyində dərc etmiş olduğu yazıdır. Araşdırma yazısında Ermənistanın Dağlıq Qarabağda döyüşmək üçün muzdlu döyüşçüləri cəlb etməsi ilə bağlı indi də intensiv fəaliyyət göstərdiyini təsdiq edir. Leonov xatırladır ki, Ermənistan bundan əvvəl də eyni təcrübədən istifadə edib. Birinci Qarabağ müharibəsi zamanı Yəməndən Qarabağa gələn məhşur terrorçu Monte Melkonyan bunun ən real nümunəsidir.

Bu gün erməni diaspor və ictimai təşkilatları hələ də Dağlıq Qarabağda vuruşmağa muzdlu "döyüşçülər” toplamaqla məşğuldur. Bu da əsassız məlumat deyil. Bu istiqamətdə "VoMA Center” erməni ictimai təşkilatı aktiv şəkildə belə muzdlu döyüşçülərin toplanmasını həyata keçirir. Hazırda Dağlıq Qarabağa göndərilmək üçün muzdlu döyüşçülər toplayan erməni diaspor və ictimai təşkilatları bu əməllərini açıq şəkildə həyata keçirir. Onlar bunu "ehtiyat ordu” yaratmaqla izah edir.

"Canfəşanlıq” edənlər isə Rusiya erməniləri birliyinin rəhbəri Ara Abrahamyan və Ermənistanın diaspor məsələləri üzrə baş səlahiyyətli nümayəndəsi Zare Sinanyan xüsusi "fəallıq” göstərir.

Məntiqlə düşünsək, bu cür "ağıllı” adıımlar atan Ermənistan, erməni diasporu muzdlu döyüşçülər toplamaqla Rusiya qanunlarını da çox kobud şəkildə pozur.

Xatırlatmaq yerinə düşər ki, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 208-ci maddəsinə əsasən, ölkə xaricində silahlı qruplaşmaların tərkibində hərbi əməliyyatlarda iştirak etmək 15 ilə qədər həbs cəzası ilə nəticələnə bilər. Bu da belə.

Azərbaycan ordusu 30 ildir işğal altında saxlanılan öz torpaqlarında ərazi bütövlüyününü bərpası üçün mübarizə aparır. Bu Azərbaycanın vətən müharibəsidir. Azərbaycan ordusunun qələbəsidir. Hər kəs əmin olsun ki, Azərbaycan öz haqlı mübarizəsini qalib şəkildə də başa vuracaqdır.

Ölkə başçısının da öz çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan öz torpaqları uğrunda mübarizə aparır və ərazi bütövlüyünü bərpa edəcək.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi