"Ermənistanın təxribatları bu ölkə üçün heç bir nəticə verməyəcək" - Deputat

"Ermənistanın təxribatları bu ölkə üçün heç bir nəticə verməyəcək" - Deputat
SİYASƏT
18:08 16.06.2023
444
"Ermənistanın təxribatları bu ölkə üçün heç bir nəticə verməyəcək".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat son günlər Ermənistan tərəfindən Laçın rayonunda dövlət sərhəd buraxılış məntəqəsinə edilən silahlı hücumun məqsədlərini izah edib. Onun sözlərinə görə,  Ermənistanın təxribatlar törətməsinin məqsədi Azərbaycanın cavab reaksiyasına nail olduqdan sonra ölkəmizi aqressor obrazında göstərmək cəhdidir:

"Bu istiqamətdə fikirləri möhkəmləndirən məqamlardan biri də ondan ibarətdir ki, Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqı mülki missiyası Laçın yolundakı hadisəyə çox cəld reaksiya nümayiş etdirdi, həmin əraziyə yollandı. Hesab edirəm ki, Avropa İttifaqı mülki missiyası da Ermənistanın təxribatlarının  elementinə çevrilib. Ermənistan təxribat törədir, Azərbaycan cavab reaksiyasını nümayiş etdirir. Hesab edirəm ki, gələcəkdə Avropa İttifaqı mülki missiyası da Azərbaycanın əleyhinə siyasi mövqeyin yaradılmasına imkan verəcək hesabatlar hazırlamağa cəhd edə bilər”.
 

Deputat qeyd edib ki, Ermənistanın bütün təxribatları qətiyyətlə, hərbi yolla alınır:

"Azərbaycan tərəfindən siyasi təxribatların qarşısı müdrik, diplomatik gedişlərlə alınır. Ermənistan son zamanlar xüsusi şəkildə sülhə hazır olduqlarını bəyan edərək,özlərini yox, Azərbaycanı qeyri-konstruktiv göstərməyə çalışırlar. Beynəlxalq ictimai fikirdə bu düşüncələri formalaşdırmaq istəyirlər. Təssüflə qeyd etmək lazımdır ki, Ermənistanın kənar dəstəkçiləri ona bu istiqamətdə yaxından kömək göstərirlər. Ancaq sülh gündəliyini Azərbaycan başladıb. Ermənistanın belə təxribatları sülh prosesinə ciddi  əngəl törədir.  Göstərməyə çalışırlar ki,  guya Azərbaycan bu istiqamətdə maneələr törədir. Ümumilikdə Ermənistanın təxribatları bu ölkə üçün heç bir nəticə verməyəcək. Əksinə Azərbaycanın güclü olan mövqeyləri belə hadisələrlə daha da güclənir". 

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
17:07 06.10.2026
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı