‘Ermənistanın təyyarələrini vurmaq yeni Qarabağ müharibəsinin başlanması deməkdir’

‘Ermənistanın təyyarələrini vurmaq yeni Qarabağ müharibəsinin başlanması deməkdir’
12:30 04.02.2013
1516

“Məsələni bu həddə gətirmək lazım deyil”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Qabil Hüseynli Xocalı aeroportunun açımasından sonra baş verə biləcək hadisələri şərh edərkən bildirib. Politoloq məsələylə bağlı ciddi danışıqların aparılmasını vacib hesab edir:

Xocalı aeroportunun açıması istiqamətində ciddi diskussiyalar gedir. Azərbaycan Nazirlər Kabineti də təyyarələrin vurulacağı haqqında qərar çıxarıb. Amma nəzərə almalıyıq ki, ruslar da digər tərəfdən Ermənistanı silahlandırır və bölgədə silahlı münaqişə yaratmağa çalışır. Əlbəttə, beynəlxalq qanunlara görə işğal edilmiş ərazilər Azərbaycanın hava məkanına daxildir. Azərbaycanın ərazi bütövlüyünü də bütün ölkələr, o cümlədən BMT tanıyır. Yəni uçuş üçün ilk olaraq Azərbaycan icazə verməlidir. Di gəl ki dünya riyakarlığa gedərək deyir ki, bu məsələni diplomatik yolla çözün, hərbi yola əl atmaq olmaz. Rusiya isə bizi qızışdırır, istəyir ki, sərnişin təyyarəsi havaya qalxsın və vurulsun. Mənim fikrimcə, çalışıb məsələni hüquqi yolla həll etmək lazımdır. Sərnişin təyyarəsinə atəş açmaq yeni Qarabağ müharibəsinin başlanması deməkdir. Məsələni bu həddə gətirmək lazım deyil.

Ceyhun

OXŞAR XƏBƏRLƏR