Ermənistanın xarici işlər naziri sabah ABŞ-a gedir

Ermənistanın xarici işlər naziri sabah ABŞ-a gedir
DÜNYA
20:26 13.12.2022
245
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 14-də ABŞ-a səfər edəcək.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, məlumatı "Sputnik Armenia” yayıb.

O, Hindistanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində Nyu-Yorkda keçiriləcək "İslah edilmiş çoxtərəfliliyə yeni istiqamət” adlı nazirlər görüşündə iştirak edəcək.

A.Mirzoyanın həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
OXŞAR XƏBƏRLƏR