"Ermənistanın xarici siyasəti sıfır vəziyyətindədir" - Siyavuş Novruzov

"Ermənistanın xarici siyasəti sıfır vəziyyətindədir" - Siyavuş Novruzov
SİYASƏT
11:45 24.05.2019
2868
"Ermənistan özünü müstəqil dövlət elan etsə də elə deyil. Onlar hansısa dövlətin yedəyində gedir”.

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, bu gün Cənubi Qafqazda, eləcə də postsovet məkanında və Avropada az-az müstəqil dövlət var, onlardan biri də məhz Azərbaycandır: "Ermənistan nə xarici, nə də daxili siyasətində, nə iqtisadi-sosial siyasətində müstəqil hər hansı addım ata bilmir. Ona görə də orada keçirilən seçkilər zamanı və ondan əvvəlki dövrlərdə Ermənistanın vəziyyətinin günü-gündən ağırlaşdığı dəfələrlə proqnozlarda qeyd olunurdu. Aparılan tədqiqatlar göstərir ki, ildə 100 mindən artıq insan Ermənistanı tərk edir, heç bir müəssisə və təşkilat orada fəaliyyətini davam etdirmir”.

S.Novruzov qeyd edib ki, orada sosial vəziyyət acınacaqlıdır: "Orduda qarşıdurma var və bu daha da dərinləşib. Eyni zamanda siyasi rəhbərlikdə də qarşıdurma var. Regionlararası münasibətlər də bir-birinə qarışıb. Bu baxımdan Ermənistanda seçki öncəsi verilən vədlərin heç 1%-i də yerinə yetirilməyib və bundan sonra da yetirilməyəcək. Çünki orada peşəkar siyasətçilər və işi bilənlər yoxdur. Təxminən Azərbaycanın 90-cı illərindəki vəziyyəti xatırlanır ki, kimi gəldi müxtəlif vəzifələrə təyin edirdilər. Populyarlıq da cəmi bir-iki ay çəkir. Ona görə də popilizmlə heç bir məsələni idarə etmək olmaz. Çünki ortada real iş olmalıdır. Bu da yoxdur. İlkin dövrdə bir az imkanlı şəxslərin vəsaitlərini müsadirə etməklə bir neçə ay bunu tənzimləməyə çalışdılar. Ancaq indi bu da yoxdur”.

O vurğulayıb ki, hazırda Ermənistanın xarici siyasəti də bərbad vəziyyətdədir: "Paşinyan hər ölkədə fərqli fikirlər səsləndirir. Ona görə də Ermənistanın xarici siyasəti sıfır vəziyyətindədir. Ordudan yayınmalar həddindən artıq çoxdur. Valideylər öz uşaqlarını Azərbaycan ərazisində xidmət etməyə göndərmir. Sual qoyurlar ki, Dağlıq Qarabağ və ətraf ərazilərdə uşaqlarımızın nə işi var?! Odur ki, Ermənistandakı siyasət tam şəkildə iflasa uğrayıb”.   
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama