Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası mexanizmlərinin yaradılacağı tarix bəlli oldu

SİYASƏT
21:03 26.11.2021
308
İlin sonuna kimi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmləri yaradılacaq.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

V.Putin qeyd edib ki, sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı heç bir maneə yoxdur.

Rusiya lideri Soçidə Azərbaycan və Ermənistan liderləri ilə keçirilmiş görüşü məhsuldar adlandırıb:

"Biz çox konstruktiv işlədik, vəziyyəti dərindən təhlil etdik".

V.Putin deyib ki, gələn həftə baş nazirin müavinləri səviyyəsində görüş keçiriləcək.

OXŞAR XƏBƏRLƏR