Erməniyə 105 il həbs cəzası veriləcək

DÜNYA
09:33 02.02.2013
1536

Federal Təhqiqatlar Bürosunun (FTB) məlumatına görə, agentliyin əməkdaşları Qlendeyl şəhərinin sakini Karen Kazaryanı federal ittihamnaməyə əsasən hakerliyə görə həbs ediblər.

AZXEBER.COM-un verdiyi xəbərə görə, 27 yaşlı erməni Facebook, Skype istifadəçilərinə məxsus yüzlərlə hesabın (akkaunt) və elektron ünvanların sındırılmasında və həmin hesab sahiblərini şəxsi həyatlarını ifşa etməklə bağlı şantajda günahlandırılır.Ona qarşı federal münsiflər məhkəməsi tərəfindən otuz bənddən ibarət ittihamnamə irəli sürülüb.Rəsmi ittihamnaməyə əsasən, K.Kazaryan müəyyən müddət ərzində qurbanlarının hesabını sındırmış və parollarını dəyişdirmiş, bununla da, onların öz hesablarına girişini əngəlləyib. Qurbanlarının hesabları üzərində nəzarəti tamamilə əlinə keçirən K.Kazaryan həmin elektron poçtlarda istifadəçilərin çılpaq və yarıçılpaq fotoşəkillərini və onların dostlarının parollarını axtarıb tapıb.Bu məlumatlardan qeyri-leqal şəkildə istifadə edən müttəhim özünü internetdə qadın kimi təqdim edərək, qurbanlarının dostlarına məlumatlar göndərib və onları soyunmağa razı salıb. Daha sonra həmin şəxslərin şəkillərini çəkərək özlərinə qarşı istifadə edib, Skype vasitəsilə onlara hədə-qorxu gəlməyə başlayıb.K.Kazaryan internetdə tanımadığı şəxsin qarşısında soyunmaqdan imtina edənləri onların və digərlərinin Facebook hesablarında artıq çılpaq şəkillərin olduğunu bəyan etməklə qurbanlarını cəzalandırmağı da unutmayıb.İttihamnamənin 15 bəndi “kompyuterə qanunsuz daxil olma” maddəsi, 15 bəndi isə “şəxsi məlumatların oğurlanması” maddəsi üzrə irəli sürülüb.Müstəntiqlərin sözlərinə görə, K.Kazaryan 350-dən çox qadını qorxudub. Axtarış zamanı K.Kazaryanın evindən çılpaq qurbanlarının 3000-dək fotoşəkli tapılıb. Əgər müqəssirin günahı ittiham aktının bütün bəndləri üzrə sübuta yetirilərsə, o, 105 ilədək azadlıqdan məhrumetmə cəzası alacaq.

OXŞAR XƏBƏRLƏR