Ukraynanın Çerniqov şəhərinin mərkəzində yaşayış binalarına raket zərbələri endirilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Çerniqov meriyasın rəhbəri Vyaçeslav Çaus məlumat verib.
O, şəhərdəki yaşayış binalarının raket zərbələrinin hədəfində olduğunu deyib: "Martın 3-ü səhər Rusiya hərbçiləri şəhərin mərkəzindəki çoxmərtəbəli yaşayış massivinə raket zərbəsi endiriblər. Bir çox yaşayış binalarına ziyan dəyib, pəncərələri sındırılıb, divarlar, damlar, eyvanlar zədələnib, bəzi yerlərdə divarlar və tavanlar dağılıb"


