Çerniqovda könüllülərin olduğu avtobus atəşə tutulub, ölən və yaralananlar var

Çerniqovda könüllülərin olduğu avtobus atəşə tutulub, ölən və yaralananlar var
DÜNYA
22:53 31.03.2022
433
Rusiya qoşunları Ukraynanın Çerniqov şəhəri yaxınlığında könüllülərin olduğu avtobus kolonunu atəşə tutub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova feysbukda bildirib.

"Beş avtobus insanları təxliyə etmək üçün mühasirəyə alınmış şəhərə daxil olmaq istəyərkən düşmənin hədəfinə çevrilib. Avtobusda yalnız mülki könüllülər olub”, - o yazıb.

Atəş açılması nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə ağır yaralanıb.

Xatırladaq ki, daha əvvəl UNİAN rusiyalı hərbçilərin Zaporojye vilayətində mülki şəxslərin olduğu avtomobili atəşə tutduğunu, iki azyaşlı uşağın, iki qadının və bir kişinin yaralandığını yazmışdı.
OXŞAR XƏBƏRLƏR