Çernobıl faciəsinin 31-ci ildonümündə Çernobıl əlilləri ilə görüş keçirilib

Çernobıl faciəsinin 31-ci ildonümündə Çernobıl əlilləri ilə görüş keçirilib
SOSİAL
10:42 24.04.2017
1327
Çernobıl faciəsinin 31-ci ildonümündə Çernobıl əlilləri ilə görüş keçirilib və geniş müzakirələr aparılıb.
 
Çernobıl qəzasının 31-ci ildönümü ilə əlaqədar Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri millət vəkili Q. Paşayeva və Sağlamlığın Qorunması İB-nin sədri Yazgül Abdiyeva Çernobıl əlilləri ilə görüşüb. Bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə bağlı Respublika Veteranlar Təşkilatının binasında keçirilən tədbirdə çıxış edən Çernobıl Əlilləri Cəmiyyətinin rəhbəri Mirhəsən Həsənov bildirmişdir ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurmuşdur. II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan «Sarqofaq» əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunmuşdur. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşmüşdülər. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərmişdir. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalmış, səhhətlərinə ciddi ziyan toxunmuşdur. Hadisədən artıq 30 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər. Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalamış və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artmışdır. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri ölkə başçısı cənab İlham Əliyevin səyləri nəticəsində artırılmış, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir. Avrasiya Beynəlxalq Araşdırmalar İstitutu İB-nin sədri millət vəkili Q. Paşayeva və Sağlamlığın Qorunması İB-nin sədri Yazgül Abdiyeva, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov çıxışlarında bildiriblər ki, o vaxtlar sovet hakimiyyəti Qərb dövlətlərinə öz gücünü nümayiş etdirmək məqsədilə bu faciənin fəsadlarını gizli saxlamağa çalışırdı. Odur ki, qəzanın törətdiyi dağıntıların aradan qaldırılmasında iştirak edərək sağlamlığını itirmiş insanları taleyin hökmünə buraxmışdı. Vurğulanıb ki, yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılıb, onların statusu müəyyənləşdirilib, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülüb, onlara dövlət tərəfindən müavinət təyin edilib. Bu qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılıb, onların sosial müdafiəsi gücləndirilib. Cəmiyyətin bütün təbəqələrinin, QHT təşkilatları, iş adamlarının da daim Çernobııl əlillərinə dəstək göstərməsinin vacibliyini vurğulayan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri millət vəkili Q. Paşayeva və Sağlamlığın Qorunması İB-nin sədri Yazgül Abdiyeva hər zaman əlimizdən gələn dəstəklə yanınızdayıq deyiblər. Çernobılçıların nümayəndələri çıxış edərək millət vəkili Q. Paşayevanın hər zaman Çernıbıl əlilləri ilə bağlı məsələlərə həssas münasibətinə görə təşəkkür etməklə yanaşı onlarla bağlı bəzi məsələlərin Milli Məclisdə qaldırılması təklifi ilə də çıxış ediblər. Çernobıl əlillərinin təkliflərini və onları narahat edən məsələləri dinləyən və geniş müzakirə aparan millət vəkili Q. Paşayeva onları Milli Məclisdə qaldıracağını və bir sıra nazirliklərlə müzakirə edəcəyinə söz verib. O bildirib ki Çernobıl əlillərinə dövlət dəstəyi çərçivəsində bu təkliflərin bəzilərinin həllini tapacağına inanır. Tədbir çərçivəsində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri millət vəkili Q. Paşayeva, Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov və Sağlamlığın Qorunması İB-nin sədri Yazgül Abdiyeva Respublika Veteranlar Təşkilatı tərəfindən medalla təltif olunublar. Tədbirin sonunda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-i və Sağlamlığın Qorunması İB-i tərəfindən Çernobıl əlillərinə hədiyyələr təqdim olunmuşdur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər