Ərzaq və meyvə-tərəvəz mağazaları yandı - 60 yaşlı kişi yanaraq öldü / VİDEO

Ərzaq və meyvə-tərəvəz mağazaları yandı - 60 yaşlı kişi yanaraq öldü / VİDEO
SOSİAL
14:34 12.02.2017
1036
 
Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 21 m2 olan ərzaq mağazasının yanar konstuksiyaları və ona bitişik ümumi sahəsi 22 m2 olan meyvə-tərəvəz mağazasının dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanıb.
 
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1957-ci il təvəllüdlü Əliyev Şahin Allahverdi oğlunun yanmış cəsədi aşkar olunub.
 
Meyvə-tərəvəz mağazasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
 
Hadisə şahidlərinin AZXEBER.COM-a göndərdiyi videounu təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR