Ərzincandakı hadisə ilə bağlı 7 nəfər saxlanıldı

Ərzincandakı hadisə ilə bağlı 7 nəfər saxlanıldı
DÜNYA
23:55 14.02.2024
252
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Ərzincan şəhərində qızıl mədənində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində mədəndə işləyən 9 nəfər itkin düşüb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, torpaq sürüşməsi ilə bağlı aparılan istintaq çərçivəsində 7 nəfər saxlanılıb.

Qeyd edək ki, hazırda itkin düşən 9 nəfərə görə axtarış-xilasetmə işlərində 1800 nəfər iştirak edir. Bununla yanaşı, axtarışlarda 600-dən çox texnika, 6 dron və 44 generatordan istifadə edildiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR