Kürd yaraqlıları Türkiyənin şərqində, Ərzurum və Van şəhərlərində polis postlarına silahlı hücum edib. AZXEBER.COM "Anadolu"ya istinadən xəbər verir ki, hücum nəticəsində bir nəfər polis yaralanıb.
Kürd yaraqlılarının bir qrupu Ərzurum vilayətində polis departamenti qarşısında xidmət aparan polislərə atəş açıb. Polis öz növbəsində cavab atəşi açıb. Bu hadisə nəticəsində ölən və yaralanan yoxdur. Polis şübhəli şəxslərin axtarışlarına başlayıb.
Analoji hücum Van şəhərində də baş verib.Hadisə nəticəsində bir nəfər polis yaralanıb və o, dərhal xəstəxanaya çatdırılıb. Hücum edən şəxslər qaçmağa müvəffəq olublar. Onların axtarışları üzrə əməliyyat həyata keçirilir.