Ərzurumda yanğın baş verdi, 6 evə ziyan dəydi

DÜNYA
14:04 27.01.2025
98
Ərzurumun İspir ərazisində baş verən yanğında 6 ev və bəzi tövlələr yanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
 
Külək nəticəsində sürətlə böyüyən yanğın insanların müdaxiləsinə baxmayaraq qonşu olan 5 evə və tövlələrə keçib. 

Xəbərdarlıq üzərinə hadisə yerinə xilasetmə qrupları, polis  və sağlamlıq qrupları sövq edilib.

Ölən və yaralan olmadığı bildirilib. Yanğınsöndürənlərin uzun səylərindən sonra yanğın söndürülüb.
 
Oksana
 

OXŞAR XƏBƏRLƏR