'Əsədin könüllü istefaya getməsi qeyri-realdır"

DÜNYA
00:12 17.07.2012
1600
Moskva Qərbin Suriyadakı beynəlxalq müşahidəçilərin missiyasının uzadılmasına dair mövqeyində "şantaj elementləri" görür. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında bəyan edib."Çox təəssüf ki, şantaj elementləri müşahidə edirik. Bizə deyirlər ki, Təhlükəsizlik Şurasının, BMT nizamnaməsinin 7-ci maddəsinə əsasən qətnamə qəbul etməsinə imkan verməsəniz, müşahidəçi missiyasının mandatını uzatmaqdan imtina edəcəyik. BMT missiyasının müşahidəçilərindən xırda pul kimi istifadə edilməsi yolverilməzdir", - Sergey Lavrov belə deyib.Qeyd edək ki, BMT nizamnaməsinin 7-ci maddəsi hansısa ölkədə sülhə təhlükə yaxud aqressiya aktı olarkən silahlı qüvvələrin tətbiq edilməsi imkanını tənzimləyir.Sergey Lavrov həmçinin Suriya prezidenti Bəşər Əsədi öz postundan könüllü imtina etməyə məcbur etməyin qeyri-real olduğunu hesab edir. "Suriyadakı münaqişənin tənzimlənməsinin açarının Moskvada olduğuna dair bəyanatlar səslənir. Bunun nə demək olduğunu soruşanda isə bizə deyirlər ki, biz Əsədi könüllü olaraq istefaya getməyə razı salmalıyıq. Bu sadəcə qeyri-realdır. O, istefaya bizim onu dəstəklədiyimiz üçün deyil, onun arxasında ölkə əhalisinin olduqca böyük bir hissəs dayandırğı üçün getməyəcək" - deyə, Rusiyanın xarici işlər naziri bildirib.Lavrov həmçinin qeyd edib ki, Rusiya hələ Suriya müxalifətini radikal tələblərdən imtina etməyə razı sala bilməyib. "Onlar inqilabın baş verdiyini iddia etməyə davam edirlər, lakin bu, vəziyyətin sakitləşdirilməsi, qan tökülməsinin dayandırılması üçün bizə lazım olan şey bu deyil." - sitatın sonu.

OXŞAR XƏBƏRLƏR