Əsədin qaçacağı ölkə bəllidir

DÜNYA
16:23 16.05.2013
1376
Həyat yoldaşı Əsma Əsədin İrana qaçmasından sonra Suriya lideri Bəşər Əsədin də qaçacağı ölkənin adı bəlli olub.AZXEBER.COM-un məlumatına görə, Əsədin Çində sığınacaq almaq üçün hazırlıqlara başladığı iddia edilir. Türkiyə mətbuatınada yer alan iddialara görə, B.Əsəd külli miqdarda qızıl və pul vəsaitini yaxın qohumu Maklouf ilə Çinə göndərərək, Pekindən zəmanət istəyib.Günü-gündən ölkəsində vəziyyəti pisləşən Əsədin daha öncədə Rusiya və Venesuelladan sığınacaq istədiyi, lakin Uqo Çavesin vəfatı, Rusiyanın isə imtinası nəticəsində bu cəhdləri uğursuz olub.Çin isə Əsədin bu təklifinə müsbət yanaşıb. Lakin Çinin söz verməsi ilə kifayətlənməyən Suriya lideri Çin Kommunist Partiyası üzvlərindən biri ilə əlaqəyə girərək siyasi sığınacaq zəmanəti istəyib. Əsədın Çindəki varlılar məhəlləsində qalacağı villasının belə hazır olduğu bildirilir.Bu arada uzun müddətdir uşaqları ilə birlikdə olan Əsma Əsəd də həyat yoldaşına hakimiyyətdən əl çəkməsi üçün müraciətlər edir.

OXŞAR XƏBƏRLƏR