Türkiyədəkə hərbi həbsxanalardan birində sıravi əsgəri zorlamaqda ittiham olunan 3 nəfər hərbçi azadlığa buraxılıb. “Doğan” agentliyinin (DHA) yaydığı xəbərə görə, hadisə keçən il 9-cu korpus komandirliyinə bağlı Karskapı hərbi həbsxanasında baş verib. Məlumata görə, müxtəlif cinayətlər səbəbindən həbsxanada olan siravi əsgərlər E.D., F.K. və V.V. eyni həbsxanada olan U.S.-ni zorlayıb. Təcavüz edənlər daha sonra zərərçəkmişi hədələyiblər. Xoşagəlməz hadisə isə ertəsi gün U.S.-nin səhhətində problem yaranaraq tibb məntəqəsinə aparılması ilə meydana çıxıb.Başına gələnləri komandirə danışan U.S. şəxslərdən şikayətçi olub. Müqavimət göstərdiyini deyən zərərçəkmiş şəxslər 3 nəfər olduğundan onlara gücünün çatmadığını bildirib. U.S. həmçinin kömək çağırdığını, amma heç kimin gəlmədiyini qeyd edib.