''Əsgər ölümünün 'günahkarları' tapıldı'

MAQAZİN
18:20 11.03.2013
3852

Ceyhun OsmanlıMillət vəkiliAzərbaycan dilində maraqlı ifadə var - Malı-mala qatmaq...

Adətən müxtəlif məsələlər, müxtəlif hadisələr bir-birinə qarışanda və kimsə də bundan özünə sərf edən formada istifadə edəndə o adama deyirlər ki, “malı-mala qatma”!.İndi mən də demək istəyirəm ki, “Əzizlərim, Sizə elə gəlmirmi ki, malı-mala qatırsınız?”Mən də malı-mala qatmamaq üçün məsələləri sıralayaraq cavab vermək istərdim. Beləliklə:1. Əsgər ölümü məsələsi...Ağlı başında olan hansı insan öz əsgərinin ölümünə müsbət yanaşa bilər? Əgər kimsə müsbət yanaşırsa demək onun ağlı yerində deyil. Yox əgər kimsə müsbət yanaşmırsa, amma biriləri iddia edirsə ki, kimsə müsbət yanaşır, deməli onların ağlı yerində deyil.2. Əsgər ölümü ilə bağlı aksiyalar...Səmimi bir sualım ondan ibarətdir ki, bu məsələ ətrafında ən çox hay-küy salanların neçəsi şəhid ailələrini ziyarət edib?Neçə nəfər bu ağrını o ailələrlə bərabər yaşayıb. Mənim dayım Qarabağ müharibəsi zamanı aldığı yaradan dünyasını dəyişib. O cümlədən bu müharibə zamanı həyatını itirən başqa qohumlarımız da var.Ailəmiz bu ağrının nə anlama gəldiyini çox yaxşı bilir. Bu faktı suala sualla cavab vermək adəti olanlar üçün yazdım. Amma maraqlıdır ki, neçə nəfər dünyasını dəyişən əsgərlərin hərbi xidmət çəkdiyi hərbi hissələr barədə məlumatlıdır. Kim ciddi araşdırma aparıb, kim monitorinq keçirmək istəyib?Kimlər bu barədə ən azından hərbi ekspertlərlə, tibb ekspertləri ilə söhbətlər aparıb? Bu sualları ona görə verirəm ki, mənə həqiqətən maraqlıdır ki, bu suallara cavab tapmayan gənclərimiz sualların cavabını niyə məhz Fəvvarələr Meydanında axtarır?...Niyə məhz Fəvvarələr meydanında...3. Aksiyanın iştirakçıları barədəYuxarıdakı sualları təsadüfən vermədim...Həqiqətən əgər belə insanlar varsa ki, bütün yuxarıda qeyd etdiyim sualları özlərinə və başqalarına verdikdən sonra bu qanunsuz aksiyaya qatılıblar, o zaman onlara deməyə sözüm yoxdur.Əgər bir insanın sualına cavab tapmaq üçün ən son yol budursa, o zaman həqiqətən Müdafiə Nazirliyinin sözcüləri demək yetərincə suallara cavab verə bilməyiblər ki, insanlar cavabları Fəvvarələr Meydanında axtarır...Vətəndaş öz cəmiyyəti, dövləti, höküməti və qayğıları ilə bağlı bütün suallara cavab tapmalıdır. Tapmalıdır ki, o cavabları küçələrdə axtarmasın. Amma etiraf edək ki, o cavabları bildiyi halda o meydana çıxanlar da az deyil.Kimisi şou axtarışındadır, kimisi şəxsi, kimisi siyasi məqsədləri naminə.... amma o məqsədlər nə olursa olsun gərək ki, insani dəyərlərimiz ayaqlar altda qalmasın. Əsgər analarını qanunsuz aksiyalara gətirən aksiya “dahiləri”, aksiya “qəhrəmanları” bəs niyə onları meydanda qoyub qaçdılar...Axı o analar, ataların bəzilərinin kədərləri və acılarını manipulyasiya edərək oralara gətirib və tək qoymaq yaraşırdımı? Axı insanlar sonradan etiraf edirlər ki, sadəcə telefon alıblar bir görüşə, tədbirə dəvət adıyla...Sonra isə onların alovlanmış hisslərini polislə üz-üzə qoyaraq qaçmaq... Polis əgər yaşlı insana, qadına qarşı zorakılıq tətbiq edirsə mən onu qınayıram...Amma mən bayılmış bir qadını yerdən qaldırmaq istəyən polisin fotosunu çəkərək ona “zor tətbiq edən polis” damğasını vuranları da eyni qədər qınayıram...Həmin vətəndaş da, polis də Azərbaycan insanıdır. Biz insanlarımız arasında uçurum yaratmağın yox, barış yaratmağın yolunu axtarmalıyıq.4. Aksiyanın təşkilatçıları barədəOrtada aydın görünən bir qeyri – səmimiyyət var. O da Əsgər Ölümü aksiyasının ideyası ilə aksiyanın təşkilatçılarının əsl niyyətləri arasında uyğunsuzluqdur.Problemlərin çoxu da elə burdan qaynaqlanır.Çünki müxalifət düşünür ki, bu mövzu sadə vətəndaşlar üçün həssasdır, bu ideya ətrafında daha çox insanı səfərbər etmək olar, qanunsuz aksiya keçirərək bütün uğursuzluqları iqtidarın boynuna yıxmaq olar, bununla da seçki ilində növbəti bir siyasi dividend qazanmaq olar.Etiraf etmək lazımdır ki, insanların acısı üzərində siyasi dividend qazanmağa hesablanmış bu layihənin hüquqi tərəfi qalsın bir yana, heç mənəvi tərəfi də heç bir normalara sığmır.İqtidar da öz növbəsində müxalifətin yuxarıda qeyd edilən hiyləsini anlayır və buna da adekvat bir şəkildə cavab tədbirləri hazırlayır.Sual bundan ibarət olur ki, əgər həqiqətən söhbət səmimi ideyalardan gedirsə belə bir aksiyanı müxalifət niyə də sivil qaydada keçirməsin?Axı Fəvvarələr Meydanından cəmi 5 dəqiqəlik məsafədə Bayılda yerləşən meydanda aksiya və mitinqlərin keçirilməsinə icazə verilir...Proseslərin gedişində isə müxalifət növbəti bir qeyri-səmimi addım ataraq belə tərzdə aksiyanın keçirilməsini pisləyənlərə də “əsgər ölümünə göz yumanlar” damğasını vurmaq istəyir.Halbuki necə ki, hər kəs öz evində əmin-amanlıq olmasını istəyir, şüurlu vətəndaşlar da öz ölkələrində əmin-amanlıq olmasını istəyir, bununla da ölkədə müxtəlif diversiyalar yaratmaq istəyənlərə mənfi reaksiya verir.Amma qətiyyətlə deyə bilərəm ki, bu heç də o demək deyil ki, bu insanlar bu acını digərlərindən daha çox hiss etmir.Əslində belə aksiyalara çağırışlar edən aksiya təşkilatçıları bunun hüquqi məsuliyyətini anlayırlar və bəlkə ona görə də aksiyalara gəlmirlər və prosesləri xaricdən və ya evlərindən izləyirlər. Lakin təəssüflər olsun ki, aldadılanlar sadə və səmimi vətəndaşlar olurlar.Amma aydındır ki, təşkilatçıların da arxasında dayanan görünməyən əllər vardır. Amma bu əllərin şimaldan, cənubdan və ya Qərbdən idarə olunmasına baxmayaraq mənliyi və vicdanı olan hər bir azərbaycanlının ilk arzusu Müstəqil bir Azərbaycanda yaşamaq olmalıdır.Biz müstəqillik üçün şəhidlər vermişik... Bu gün əsgər ölümünə etiraz edənlər minlərlə şəhid verdiyimiz müstəqilliyimizin önəmini nə tez unutdular...Bu gün ölkə daxilində yaradılan bütün qarşıdurmalar və çaxnaşmalar Müstəqil Azərbaycanı böyük qardaşlara üz tutmağa sövq etməyə yönəldilib. Necə olur ki, bunu qonşu ölkələrdə anlayırlar, amma öz ölkəmizdə olan bir qrup insan hələ də anlamır?5. Əsgər ölümünün günahkarlarıMüxalifətin 10 Martın Əsgər Ölümünə həsr olunan aksiyasına facebookda 22 min nəfər qatılacağını təsdiq etsə də nəticədə jurnalistlər daxil meydanda 400 nəfərə yaxın insan müşahidə edildi.Gün ərzində twitter və facebook vasitəsilə minlərlə gənc bir-birinə fikirlərini bildirdi. 2 şeyə dünən gün bitənə qədər ümidimi itirmək istəmirdim. Hələ də inanmaq istəyirdim ki, əsgər ölümü aksiyasının niyyəti səmimidir və hələ də inanmaq istəyirdim ki, iqtidar və müxalifət gəncliyi arasında artıq sivil siyasi mübarizə təşəkkül tapıb.Amma dünənki günün sonunda baş verənlər bu ümidlərimə kölgə saldı. Belə ki, müxalifət gəncliyinin hiddəti o qədər coşdu ki, ASAİF sədri Ramin Hakimovu Azərbaycan dövlətçiliyinə xeyrinə fikirlər yazmaqda ittiham etdilər və Martın sonu Romada olacaq tədbirə iştirakçıların seçimini 10 Mart aksiyasında fəallıqla əlaqələndirdilər.Halbuki 9 Mart tarixində, yəni aksiyadan bir gün əvvəl Roma Forumuna dəvət ediləcək 300 nəfərin hər biri seçilmişdi və onlara dəvət göndərilmişdi. O dəvəti alanlardan yəqin ki, bu yazını oxuyanlar olacaq və onlar da fikirlərini açıq bildirə bilərlər.Başqa bir qarayaxma isə İRƏLİ sədri Rauf Mərdiyevə ünvanlanmışdı. Guya ki, Rauf barədə “Yusif Nəbibəyli” adlı inkoqnito “elitar” sayta mail yazıb və hansısa məsələni xəbər verib.Həmin yazını diqqətlə oxuyan hər bir savadlı insan bunun savadsız bir sifariş olduğunu dərhal anlayar və biz bu sifarişin hansı dairələrin mətbəxində hazırlanıb, dövriyyəyə buraxıldığını da yaxşı bilirik. Sifarişçilər artıq layiqli cavabını alıb, indi növbə “birdəfəlik istifadə müddətini başa vurmuş” icraçılarındır.Ona görə də gələcəkdə belə yazıların sifarişçiləri daha peşəkar dələduzlara bu işi etibar etsinlər ki, sonra belə gülməli vəziyyətdə qalmasınlar.Yəqin ki, bu məsələyə hüquq mühafizə orqanları yaxında qiymətini verəcək və yazının sifarişçiləri və sayt bir də belə başından böyük “elitar” işlərlə məşğul olmayacaq.Lakin bir faktı qeyd etmək yerinə düşərdi ki, həm İRƏLİ, həm də ASAİF qeyri-hökümət təşkilatıdır. Bu təşkilatların sədrləri də təşkilatın üzvləri, idarə heyəti, məclisi qarşısında hesabat verirlər. İnanmıram ki, bu təşkilatları hədəf alan kimsələr bu təşkilatların üzvüdür vəya oraya üzvlük haqqı verirlər.Ona görə də tənqid və ittihamlarının dozasını müəyyənləşdirərkən bu məsələyə də diqqət yetirmələri pis olmazdı.Və beləliklə əsgər ölümünün günahkarını axtarmaq üçün fəvvarələr meydanında üz tutan müxalifət gəncliyi günün sonunda Ramin Hakimov və Rauf Mərdiyevin timsalında “günahkarları” tapdı, onlara iftiralar atdı, onları ittiham etdi, təhqir etdi və bununla da “günahkarlar” tapıldığına görə missiya tamamlanmış hesab edildi.Bu da sosial şəbəkələrdə on minlərlə digər gənclərin gözü qarşısında baş verdi. Əslində Rauf Mərdiyevin və Ramin Hakimovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətini dəstəkləyən gənclərin parlaq simaları olmasını nəzərə alaraq müxalifət gənclərinin onların şərəfinə nəğmələr və şerlər qoşacağını gözləmək sadəlövhlük olardı. Ona görə də fərqli siyasi qütblərdə olan insanların bir-birinə tənqidi yanaşması normaldır.Lakin tənqidlər yalan, təhqir və iftiralarla müşayiət olunmamalıdır. Hər kəsin atdığı iftiraya görə Uca Alllah qarşısında özünün cavab verəcəyi məsələsini xatırladaraq təəssüf hissi ilə bir daha inanmağa məcbur oldum ki, nə əsgər ölümü ilə bağlı danışanların hamısı səmimi imiş, nə də ki, müasir gəncliyimizin hamısı siyasi mübarizədə oyun qaydalarını mənimsəyibmiş…İstisnalar var, amma bu hər kəs demək deyil…6. Bundan sonrasına hazır olunBizim gəncliyimizin bir qismindən fərqli olaraq düşmənlərimiz yatmayıb. Dünən twitter-də ermənilərin əsgər ölümü aksiyasını canfəşanlıqla təbliğ etməsi, ardından bu xəbərləri xarici mediaya servis etmələri maraqlı mətləblərdən xəbər verir.Bu məsələnin PR olunmasında ermənilərin əl-ayağa düşməsini anlamaq çətin deyil. Çünki sabah sərhəddə təmas xəttində erməni snayperi tərəfindən öldürülən hər bir azərbaycanlı, ermənilər tərəfindən qətlə yetiriləcək hər bir şəhidimizin günahkarını onların deyil, öz aramızda axtarmağın zərurətini önə çəkəcəklər. O zaman bəlkə də bu mövzuda canfəşanlıq edən gənclərin çoxu ayılacaq, amma təəssüf ki, onda gec olacaq!

OXŞAR XƏBƏRLƏR