"Əsgər yoldaşım dedi ki, atama deyərsən oğlun kişi kimi şəhid oldu" - Qazi Məmmədzadə İlkin - VİDEO

"Əsgər yoldaşım dedi ki, atama deyərsən oğlun kişi kimi şəhid oldu" - Qazi Məmmədzadə İlkin - VİDEO
SOSİAL
16:29 30.11.2022
7402
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin həyata keçirdiyi "Tarix yazanlar" layihəsi qazi İlkin Məmmədzadəyə həsr edilir.


- İlkin bəy, özünüz haqda məlumat verərdiniz...

- 7-ci sinifin yarısından çıxaraq Füzuli rayonu 37 nömrəli məktəbə təhsilimi köçürtmüşük. Orada da 9 illik qaçqın məktəb olduğu üçün kollecə şəhadətnamə ilə sənəd verdim. 2015-ci ildə həmin kollecdə oxuduğum Bərdə ASAN Xidmətində könüllü fəaliyyətə başladım. 3 aylıq könüllü fəaliyyətim oldu. Burada mədəniyyət carçı rəhbəri kimi işlədim. Yaşıl ASAN-ın ekologiya üzrə koordinatoru oldum. 2018-ci ildən 2020-ci ilə qədər əsgərlik dövrüm olub. Əsgərlikdən gəldiyimin müddətdən sonra isə, sentyabr hadisələri baş verdi və orada könüllü sıralarına yazıldım. Həmin ərəfədə də universitetlərə sənəd vermişdim. Bakı Avrasiya Universitetinə daxil oldum.


- Müharibəyə getmək qərarına necə gəldin?

- "Polad Həşimov şəhid olandan sonra səfərbərlik idarəsinə könüllü müraciət etmişdim. Həmin vaxt könüllülərə ehtiyac olmadığını bildirdilər. 18 sentyabr zəng etdilər və hər an çağırış gələ biləcəyini dedilər. Həmin ərəfədə universitetlərə sənəd verilirdi. Mən birinci dəfə İqtisad Universitetinin Zaqatala filialına daxil oldum. Məsafəyə görə təhsilimi davam etdirmədim. İkinci mərhələdə yenidən sənəd verdim və Avrasiya universitetinə daxil oldum.

Oktyabrın 1-i Füzuli istiqamətində gedən döyüşlərə qoşulduq. Ən ağır döyüşümüz Zəngilan və Qubadlıda oldu. Qubadlıda bir yoldaşımız Ayxan Cəfərov şəhid oldu. Snayperçi olan Ayxan düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Özü isə minamyot atəşi nəticəsində şəhid oldu.

"Allahu Əkbər” kəliməsindən ermənilər qorxurdu.

Oktyabrın 21-i Qubadlının Çardaqlı kəndi istiqamətində bizim avtomobil vuruldu. 11 nəfər şəhid oldu, onlardan biri də tağım komandirimiz olan Hüseynli Ehtiram şəhid oldu. Yaralı əsgərlərimizi ərazidən təxliyə etdik. Özüm yaralansam da, tibb məntəqəsinə düşmədim. Və israr edib döyüşümə davam etdim. Ermənilər təpədə, biz isə yamacla irəliləməyimizə baxmayaraq, biz hər zaman onlara qalib gəlirdik. "Allahu Əkbər" kəliməsini eşidən erməni geri çəkilirdi, səsimizi eşidəndə vahiməyə düşürdülər.

"Atama deyərsiniz oğlun kişi kimi şəhid oldu”.

Qubadlıya 5 km qalmış Şükür Həmidov komanda verdi və biz alatoranlıq vaxtı Çardaqlı istiqamətində hücuma keçdik. Həmin istiqamətdə düşmənin pusqusuna düşdük. Hava qaranlıq olduğu üçün ətrafı görmürdük. Pusquya düşməyimizin digər səbəbi isə əraziyə nabələd olmağımız idi. Həmin an hava fişəngindən istifadə edildi və bizə iri çaplı silahlardan atəş açmağa başladılar. Həmin döyüşdə iki komadirimiz şəhid oldu. Dəhşətlisi isə yaralı yoldaşlarımızın olanların ərazidən çıxarmağımızı istəməkləri idi. Əlbəttə, biz əlimizdən gələni edib, onlarə ərazidən uzaqlaşdırırdıq. Bölük komandirimiz Vəli Quliyevin dediyi sözlər hələ də qulaqlarımdan getmir: "Mən vuruldum, indi şəhid olma məqamındayam və siz irəli gedin” deyib şəhadətə qovuşdu.
 
Rəhimov Tural isə düşmənin atdığı atəş nəticəsində boğazından yaralandı. Sürünərək yanına getsəm də, şəhadətə qovuşmuşdu artıq. Məhəmmədli Məhəmməd həmin an səsimə səs verdi və orada olduğunu bildirdi. Qaranlıq olduğu üçün onun kimliyini dəqiqləşdirmək üçün aramızda olan şifrəli sözü soruşdum. Şifrəni düz dedikdən sona əmin oldum və onun yanına sürünərək getdim. Şifrəni soruşmağıma səbəb isə ermənilərin Azərbaycan dilində sərbəst danışa bilməsi və bizə qurulmuş tələ ola biləcəyi idi. Pusquya düşüb şəhid olanlardan biri əslən İmişlidən olan Şirinov Elxan idi. O şəhadətə qovuşanda bir kəlimə söz dedi. Dedi ki atama deyərsiniz oğlun kişi kimi şəhid oldu.

Bir neçə dəfə şəhid xəbərim ailəmə verilib.

Hər zaman deyirdim ki, alnımıza nə yazılıbsa o da olacaq. Bu müharibədə də, mülki həyuatda da baş verə bilər. Mən müharibədə olanda bir neçə dəfə dayıma mənim şəhid olma xəbərim verirlib. Buna səbəb də hər birimiz buşlatların üstünə adımız yazılı olurdu. Kimsə şəhid olanda buşlatımızı onların üstünə atırdıq. Buşlatın üzərindən adları oxuyub ailələrə zəng edib şəhadət xəbərini verirdilər. Bu hadisə bir neçə dəfə mənim də başıma gəlib. Ancaq bir neçə gün sonra ailəmlə əlaqə saxlayıb sağ olduğumu bildirirdim.

OXŞAR XƏBƏRLƏR