Əsgərimiz çayda çimərkən boğuldu

Əsgərimiz çayda çimərkən boğuldu
10:03 07.06.2012
2259

Onun meyiti FHN-in xilasediciləri tərəfindən axtarılır

Sabirabad rayonu Muğangəncəli kəndi ərazisində kənd sakini Kür çayında çimərkən batıb. Rayon Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, 1994-cü il təvəllüdlü Ramiz Dilavər oğlu Cəbrayılov Kür çayında çimərkən boğulub. Onun meyiti FHN-in xilasediciləri tərəfindən axtarılır. Qeyd edək ki, Ramil Cəbrayılov bu ilin aprelində ordu sıralarına çağırılıb və xəstəliyi ilə əlaqədar 20 günlük evə buraxılıb. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR