Əsgərin ölümünə görə gizir həbs olundu - Rəsmi

Əsgərin ölümünə görə gizir həbs olundu -  Rəsmi
KRİMİNAL
18:19 18.08.2016
3351

Azərbaycan Respublikası Hərbi Prokurorluğu əsgər Pərviz Paşayevin ölümü faktına görə açıqlama yayıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mərhum əsgəri Pərviz Paşayevin atası Paşa Paşayevin oğlunun döyülüb öldürülərək kanala atılması barədə bəzi KİV-də dərc edilmiş müsahibəsi ilə bağlı əsgərin 30 iyul 2016-cı il tarixdə Mil-Muğan su kanalına düşərək boğulub ölməsi faktına görə Füzuli hərbi prokurorluğu tərəfindən araşdırma aparılıb.

Məlumata görə, aparılmış ilkin araşdırma ilə müəyyən edilib ki, 30 iyul 2016-cı il tarixdə saat 12:50 radələrində mərhum əsgər Paşayev Pərviz Paşa oğlu xidmət etdiyi bölmənin əsgərləri ilə birlikdə üzərlərində böyük təyin olunmuş gizir Bayramov Ramin Cahangir oğlunun göstərişinə əsasən Beyləqan şəhərindən keçən Mil-Muğan su kanalının üzərində qurulmuş piyada keçidi üçün nəzərdə tutulmayan metal boruların üstü ilə kanalın bir sahilindən digər sahilinə keçmək istəyərkən müvazinətini itirərək kanala düşüb və suda boğularaq ölüb.

Həmin fakta görə 31 iyul 2016-cı il tarixdə Füzuli hərbi prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılır.

İş üzrə hadisə yerinə baxış keçirilib, mərhum P.P.Paşayevin meyitinin xarici və daxili müayinələri aparılıb, çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-trasoloji ekspertizaları təyin olunmuş və digər zəruri hərəkətlər yerinə yetirilib.

Mərhum əsgər Pərviz Paşayevin meyitinin xarici və daxili müayinələrinin nəticələrinə dair məhkəmə-tibb ekspertinin gəldiyi ilkin qənaətə görə onun ölümünə səbəb suda boğulması olub.

İstintaq zamanı gizir Bayramov Ramin Cahangir oğlunun Azərbaycan Respublikası CM-nin 342.2-ci (rəisin öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunduğundan, ona 02 avqust 2016-cı il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunub və Füzuli hərbi məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumatda qeyd olunub ki, mərhumun atası Paşa Paşayevin oğlunun döyülüb-incidilməsi, öldürülərək kanala atılması, onun iştirakı ilə hərbi qulluqçuların qrup halında dava etmələri barədə göstərdiyi hallar istintaq zamanı öz təsdiqini tapmayıb.

Hazırda iş üzrə əhəmiyyət kəsb edən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda