Əsgərlər dördyaşlı uşağı güllələdilər

DÜNYA
15:49 10.01.2014
1321

Hadisə Əfqanıstanda Beynəlxalq Qüvvələrin qoşunları ilə keçirilən xüsusi əməliyyatın gedişatında olub

Əfqanıstanda Amerika əsgərləri səhvən dördyaşlı oğlanı vurublar. ANS PRESS-in verdiyi məlumata görə, hadisə Qilmend əyalətində Beynəlxalq Qüvvələrin qoşunlarıyla keçirilən xüsusi əməliyyatın gedişatında olub. Əfqan hökumətindən isə məsələyə münasibət bildirilib:"Kəndlərdə və evlərdə sadə vətəndaşlara qarşı silahlı reydlərin keçirilməsini tamamilə qurtarmağa çağırdıq. Bu cür hadisələrdən qaçmaq lazımdır. Heç nədə günahı olmayan uşaqlar, sadə vətəndaşlar bu kimi halların qurbanı olurlar".BMT missiyasının məruzəsinə əsasən Əfqanıstana yalnız hərbçilərin əməliyyatları nəticəsində 146 nəfər dinc insan həlak olub. Onların arasında ölənlərin əksəriyyəti qadınlar və uşaqlardır.Əfqanıstan prezidenti Həmid Kərzayi dinc insanların həlak olmasına səbəb olan əməliyyatların aparılmasının yolverilməzliyinin dəfələrlə ABŞ-ın administrasiyasının diqqətinə çatdırıldığını deyib.

OXŞAR XƏBƏRLƏR