'Əsgərlərimizə dəstək üçün 3 dəfə bətnimdəki 4-5 aylıq uşağımı itirmişəm' - Brilliant Dadaşova
MAQAZİN
15:18 28.02.2013
3383
"Vətənə, əsgərlərimizə dəstək konsertlərində ùç dəfə bətnimdəki 4-5 aylıq uşağımı itirmişəm." Bu sözlər xalq artisti Brilliant Dadaşovaya məxsusdur.AZXEBER.COM-un məlumatına görə, xalq artisti şəxsən özünün idarə etdiyi facebook səhifəsində aşağıdakı statusu yazıb:"Mən səngərlərdə, soyuqda avtobusla kilometrlərlə yol gedərək cəbhə bölgələrində əsgərlərimizə dəstək olmuşam. Vətəni qoruyan oğullarımızın əhval-ruhiyyələrini yaxśılaşdırmaq üçün dizə qədər palçığın içində vətənpərvər mahnılar oxuyub, konsertlər vermişəm. Dəfələrlə evə xəstə dönüb yatağa dùşən həmən o Brilliant Dadaśovayam. Hər fürsətdə mənə heç kəs vətənpərvərlik òyrətməsin. Vətənə, əsgərlərimizə dəstək konsertlərində ùç dəfə bətnimdəki 4-5 aylıq uşağımı itirmişəm. Sancılarla birbaşa rayonlardan, yollardan xəstəxanaya aparılmışam. İndi isti yerdə oturub çığıranlar çox olar..."