Əsgərliyə hazırlaşan gənci öldürdülər

Əsgərliyə hazırlaşan gənci öldürdülər
10:32 05.06.2012
1351

05.05.2012 10:07 Qusar rayonunun Yasaboba kənd sakini, 1994-cü il təvəllüdlüİlyasov Minhac Sofi oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxs həbs olunub. Qusar rayon Yasaboba kənd sakini, 1990-cı il təvəllüdlüİsayev Fariz Fəxrəddin oğluhadisəni törətdiyini etiraf edib. Qusar Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. ----------------- 04.06.2012 12:24 Ötən gecə Qusar rayonunun Yasaboba kəndində 18 yaşlı gənc qətlə yetirilib. Qusar Polis Şöbəsinin rəisiArif Əsədovun Anspress-ə verdiyi məlumata görə, kənd sakini 1994-cü il təvəllüdlüMinhaq Sofi oğlu İlyasovkənd sakinlərinin biri tərəfindən bıçaqlanıb. Ağır halda xəstəxanaya aparılan gəncin həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə aparılıb. Qətlə yetirilən Minhaq İlyasovun atası bildirib ki, oğlu həmin gün səhər 3 nəfərlə birlikdə ot çalıb. Axşam saat 23:00 radələrində isə onun oğlunu həmin 3 nəfərdən biri küçəyə çağırıb. Qətlə yetirilən şəxsin atası məhz həmin şəxsin günahkar olduğunu deyir. Yeganə oğul sahibi olan atanın sözlərinə görə, iyulun 12-də övladının 18 yaşının tamam olacaq və iyulun 13-də həqiqi hərbi xidmətə gedəcəkdi. Lakin polis şöbəsindən bildiriblər ki, həmin davada çox adam olub və Minhaq İlyasovu bıçaqlayanın kim olduğu araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı qəsdən adamöldürmə maddəsilə cinayət işi açılıb, istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR