Sosial şəbəkədə "hemistyle” adı ilə tanınan bloger Həmidə Səlimova Naxçıvanda yerləşən "Əshabi-Kəhf" ziyarətgahından etdiyi paylaşımına görə tənqid olunub.
AZXEBER.COM xəbər verir ki, buna səbəb blogerin qısa donla kamera qarşısında müxtəlif pozalar verərək video çəkdirməsi olub.
Bir sıra istifadəçilər "Əshabi-Kəhf"in yalnız turistik məkan deyil, müqəddəs ziyarətgah olduğunu vurğulayaraq burada geyim və davranış qaydalarına həssas yanaşılmasının vacibliyini qeyd ediblər.
Yaranan tənqidlərdən sonra Həmidə Səlimova sözügedən paylaşıma görə üzr istəyib.












































