Əsir düşən rus əsgərin anası: Oğlum Putinə, Şoyquya lazım deyil

Əsir düşən rus əsgərin anası: Oğlum Putinə, Şoyquya lazım deyil
DÜNYA
14:15 30.11.2022
236
Ukrayna əsirliyində olan rus əsgərinin anası İrina Çistyakova hər kəsi təəccübləndirən açıqlama verib.
 
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, ana Ukraynada onun oğluna Rusiyadan daha yaxşı münasibət göstərildiyini deyib: 
 
Rusiya hakimiyyəti əsgərlərini geri qaytarmaq üçün heç nə etmir. Mənim oğluma Ukraynada əsirlikdə daha yaxşı münasibət göstərilir".
 
Ana bir neçə aydır oğlunu axtarırmış və Rusiya Federasiyasının Müdafiə Nazirliyi axtarışda ona kömək etməyib.
 
Əsir düşən rus əsgərinin anası daha sonra deyib: "Bu mənim oğlumdur, mənə lazımdır. Putinə lazım deyil, Şoyqunun ona ehtiyacı yoxdur. Otururlar, isinirlər! Ukraynada 8 ay səngərdə, həbsdə deyillər! Daha sonra da ukraynalılara nasist deyirlər. Sual budur ki, nasistlər niyə bizim məhbuslarımızı normal yanaşırlar? Bəlkə sən bizə nəsə demirsən və ümumiyyətlə nasist yoxdur?”.
 
Qadın deyib ki, əslində oğlunun həyatını Ukrayna əsgərləri xilas edib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR