Əsirlikdən azad edilən israilli qadın HƏMAS-a məktub göndərdi - FOTO

Əsirlikdən azad edilən israilli qadın HƏMAS-a məktub göndərdi - FOTO
DÜNYA
10:51 28.11.2023
179
Azad edilmiş israilli qadın girov qızına qulluq etdiklərinə görə Həmas silahlılarına təşəkkür edən məktub yazıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ötən həftə Həmas ilə İsrail arasında başlayan müvəqqəti atəşkəs zamanı əsir mübadiləsi zamanı azad edilən israillilərdən birinin Həmas-a yazdığı iddia edilən "təşəkkür məktubu" mübahisələrə səbəb olub.

HƏMAS 5 yaşlı qızı Emiliya ilə birlikdə sərbəst buraxılan israilli Danielle Aloni-nin onlara yazdığı məktubu dərc edib.
 
Məktubda "Son həftələrdə bizi müşayiət edən generallara, mənə və qızıma göstərdiyiniz fövqəladə insanlığa görə sizə ürəkdən təşəkkür etmək istəyirəm. Ona bir ailə kimi davrandınız. O, hamınızı çox yaxşı dost hesab edir. Saatlarla ona qayğı göstərdiyiniz üçün təşəkkür edirəm. Mən bunu edirəm. Qızım indi özünü Qəzzanın kraliçası hesab edir".

Məktubun həqiqiliyini təsdiqləmək mümkün olmasa da, israilli qadının məktubu yazmağa məcbur edilmiş ola biləcəyi də bildirilib.

HƏMAS-ın azad etdiyi bəzi israilli girovların silahlılara əl yelləyərək gülümsəməsi görüntüləri bir müddətdir müzakirələrə səbəb olub. Azad edilən girovların mətbuata danışmasını qadağan edən İsrail bu görüntüləri Həmasın təbliğatı kimi qələmə verir.
 
Oktyabrın 7-də HƏMAS-ın İsrailə basqını zamanı qızı ilə birlikdə qaçırılan Danielle Aloni ötən ay girovluqda olarkən çəkilmiş videoda İsrailin baş naziri Benyamin Netanyahunun ünvanına ağır ifadələr işlədib.

HƏMAS-ın yayımladığı videoda üç qadın girovdan biri olan Aloni Netanyahuya müraciət edərək "Siyasi, hərbi və təhlükəsizlik sahələrində rüsvayçılığınızı daşıyırıq. Çünki oktyabrın 7-də hər şeyi qarışdırdın. Çünki orada ordu yox idi, heç kim gəlmədi, bizi qorumadı. Sən bizi öldürürsən, hamımızı öldürmək istəyirsən? Hamını qırmağınız kifayət deyilmi, İsrail vətəndaşlarını öldürməyiniz kifayət deyilmi? - deyə üsyan edib.

Netanyahu həmin videonu "qəddar psixoloji təbliğat” adlandırıb.
 
Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR