Əskər Cavadov vəfat etdi - FOTO

Əskər Cavadov vəfat etdi - FOTO
SOSİAL
11:42 07.11.2023
193
Tanınmış azərbaycanlı rəssam Əskər Cavadov vəfat edib.

AZXEBER.COM xəbər verir ki, 61 yaşlı rəssam bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Əsgər Cavadov 1962-ci ildə Bakı şəhərində anadan olub. 1969-1979-cu illərdə Xırdalan şəhərindəki 1 nömrəli orta məktəbi bitirib. Hələ orta məktəbdə oxuyarkən onda rəssamlığa maraq oyanıb. Rəssamlığın ilk sirlərini o vaxtı Bakıda Qaqarin adına Pioner Sarayında Azərbaycanın Əməkdar rəssamı Teymur Rzayevdən öyrənib. 1980-ci ildə Sovet ordusunda həqiqi hərbi xidmətə gedib. 20 il SSRİ və Azərbaycan silahlı qüvvələrində peşəkar hərbçi həyatı yaşayıb. Leninqradda hərbi məktəbdə təhsil alıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətinin silahlı qüvvələrində qulluq edib. Türkiyədə hərbi kurslarda iştirak edib. 2000-ci ildə isə kapitan rütbəsi ilə təqaüdə çıxıb. O uzun illər Ukraynada yaşayıb.
 

 


OXŞAR XƏBƏRLƏR