Qadın sağlamlığı ən vacib mövzulardandır. Çünki sağlam qadın sağlam körpə və sağlam gələcək deməkdir.Qadın sağlamlığı üçün bir çox fəsadlar yaradan problemlər sırasına iltihabi xəstəliklər daxildir. Bu xəstəliklər hansılardır?, onlar necə yaranır və müalicəsi hansı qaydada aparılır? Bu kimi suallara cavab tapmaqla qadınlar öz sağlamlıqlarını qoruya bilərlər. Pendik Şifa Xəstəxanasının mama-ginekoloqu mövzu ilə bağlı xanımlarımıza geniş məlumat verəcək.Yəqin ki, hər birinizə “Memi”, “Second hand” adlı mağazalar yaxşı tanışdır. Ən azı, şəhərin hər tinində ikinci əl geyimləri satılan belə mağazlara rast gəlinir. “Qiyməti sərfəlidir, Avropa malıdır” deyib alanlar bəs, görəsən, geyilmiş paltarların sağlamlığa bir təsirinin olduğunu bilirlərmi? Bunu da biz araşdırmışıq!7 cənnət meyvəsindən biri əncirdir. Bu meyvəni əsl enerji mənbəyi hesab edə bilərik. Bir çox sağlamlıq problemlərinin qarşısını almaqda əncirin böyük faydası var. Həmin xəstəliklər nələrdir?Yaşadığımız mühitin təmizliyi bizim sağlamlığımız deməkdir. Evlərdə, ofislərdə, otellərdə və s. yerlərdə tozun, bakteriyaların olması səhhətimiz üçün, xüsusilə də tənəffüs sistemimiz üçün ciddi xəstəliklər doğurur. Tozun sağlamlığımıza olan ziyanı haqqında nələri bilmirik?Bu və digər sağlamlıq mövzularının müzakirə və həlli “Sağlam Nəsil” verilişində - cümə günü, saat 17:00-da ANS-də Zaur Əliyevin təqdimatında!Verilişin sponsoru İstanbulda yerləşən “Pendik Şifa” xəstəxanasıdır. “Sağlam Nəsil” verilişinin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.