Həmin videolar xarici ölkələrdə yayılsa da, yerli alıcılar arasında da ciddi narahatlıq yaranıb.
Alıcılar "Xəzər Xəbər"ə bildiriblər ki, həmin saxta yumurtaların digərlərindən fərqləndirilməsi üçün onların sarı hissələrinə baxılmalıdır.
"Əgər yumurtanın sarısı dağılırsa, o zaman məhsul saxtadır", - deyə alıcılardan biri qeyd edib.
Mütəxəssislər bildirirlər ki, orijinal yumurtaların özünəməxsus qoxusu olur. Bu da onları digərindən fərqləndirir.










































