Əsl və saxta yumurtalar bir-birindən necə fərqlənir? - VİDEO

Əsl və saxta yumurtalar bir-birindən necə fərqlənir? - VİDEO
SOSİAL
21:46 09.03.2026
153
Son zamanlar sosial şəbəkələrdə saxta yumurtaların hazırlanması və satılması ilə bağı videolar yayılır.

Həmin videolar xarici ölkələrdə yayılsa da, yerli alıcılar arasında da ciddi narahatlıq yaranıb.

Alıcılar "Xəzər Xəbər"ə bildiriblər ki, həmin saxta yumurtaların digərlərindən fərqləndirilməsi üçün onların sarı hissələrinə baxılmalıdır.

"Əgər yumurtanın sarısı dağılırsa, o zaman məhsul saxtadır", - deyə alıcılardan biri qeyd edib.

Mütəxəssislər bildirirlər ki, orijinal yumurtaların özünəməxsus qoxusu olur. Bu da onları digərindən fərqləndirir.
 

OXŞAR XƏBƏRLƏR