Əslən İrandan olan cüdoçu Olimpiadada qazandığı medalı İsrailə həsr etdi

Əslən İrandan olan cüdoçu Olimpiadada qazandığı medalı İsrailə həsr etdi
İDMAN
18:59 29.07.2021
1134
Əslən İrandan olan cüdoçu Səid Molai Yaponiyada keçirilən Olimpiya Oyunlarında Monqolustana gümüş medal qazandırıb.
 
AZXEBER.COM "Oxu.az"a istinadən xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən S. Molai qələbəsini şərh edərkən olimpiya oyunlarındakı uğuruna görə İsrailə minnətdarlığını bildirib və qələbəsini bu ölkəyə həsr etdiyini açıqlayıb.

"Motivasiyaya görə İsrailə təşəkkür edirəm. Bu medalı İsrailə həsr edirəm. Ümid edirəm ki, israillilər mənim bu qələbəmdən məmnundurlar. Toda! (İvrit dilində "təşəkkür” deməkdir – red.)”, - deyə Olimpiadanın gümüş medalını qazanan S.Molai söyləyib.

İran əsilli cüdoçunun öz ölkəsinin bayrağı altında çıxışdan imtinasının maraqlı hekayəsi var.

Belə ki, 2019-cu ildə keçirilən cüdo üzrə dünya çempionatında Səid Molai yarımfinala qədər irəliləyib.

Yarımfinalda S.Molai İsrailli cüdoçu Saqi Muki ilə güləşməyə hazırlaşırkən məşqçisi ona İsrailli idmançı ilə görüşdən imtina etməyi əmr edib.

Bu məsələdən narazı qalan idmançı İran millisində çıxışdan imtina edərək karyerasını Monqolustan bayrağı altında davam etdirir.

Qeyd edək ki, Səid Molai İranın Urmiyə şəhərində anadan olub və etnik olaraq Azərbaycan türküdür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
19:40 05.03.2025
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
19:27 05.03.2025
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
19:22 05.03.2025
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
19:10 05.03.2025
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
Millinin sabiq futbolçusu həbs edildi
18:51 05.03.2025
Millinin sabiq futbolçusu həbs edildi
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
18:45 05.03.2025
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı
18:34 05.03.2025
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı