xari

Əsmətxanımın Məmmədovanın 80 yaşı tamam olur

SOSİAL
16:47 05.03.2021
434

Həyatını, elmi və ictimai fəaliyyətini doğma xalqının tərəqqisinə həsr edən, tanınmış şərqşünas alim Əsmətxanımın Məmmədovanın 80 yaşı tamam olur.

O, 5 mart 1941-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində ziyalı ailəsində doğulub, 1958 - ci ildə həmin qəsəbənin C. Cabbarlı adına 187 saylı orta məktəbini əla qiymətlərlə bitirib. Əsmətxanım fars və ərəb dillərini mükəmməl bilən, öz dövrünün tanınmış ziyalısı, repressiya qurbanı, ana babası Əbdülqasım Şəkərzadənin əziz və niskilli xatirəsinə ehtiram olaraq şərqşünas olmağı qərara alıb. Bu məqsədlə sənədlərini ADU – nun (indiki BDU-nun) Şərqşünaslıq fakültəsinə təqdim edərək yüksək balla fars şöbəsinə qəbul olunub.

Tələbəlik illərində elmi-tədqiqat işlərinə böyük maraq göstərən Əsmətxanım Tbilisi, Moskva universitetlərinin elmi konfranslarında müxtəlif məruzələrlə çıxış edib. 1963–cü ildə III kursda olarkən "Fars ədəbi dili və Tehran dialektində feillərdə baş verən fonetik dəyişikliklər” məruzəsinə görə Moskva Dövlət Universitetinin "Fəxri fərmanı” və "Fəxri tələbə bileti” ilə təltif olunub. 1965-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən Əsmətxanım Məmmədova Elmi şuranın qərarı ilə kafedrada saxlanılıb. Bir il sonra isə AMEA-sı nəzdindəki Şərqşünaslıq İnstitutunun əyani aspiranturasına daxil olub, 1972-ci ildə "Fars dili söz vurğusunun fonetik təbiəti və yeri” adlı namizədlik dissertasiyasını müdafiə edib.

Bu günə qədər Əsmətxanım Məmmədovanın fars dilinin fonetika, orfoqrafiya, morfologiya, sintaksis, leksika, üslubiyyata aid olmaqla, 200-ə qədər məqaləsi ölkə daxilində və respublikadan kənarda işıq üzü görüb. Onun fars vurğusunun təbiətinə aid eksperimentə əsaslanan 60 səhifəlik məqaləsi İranda müxtəlif illərdə 4 dəfə çap olunub. Alimin elmi axtarış və düşüncələrini özündə ehtiva edən bu tədqiqat işləri fars dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

2007-ci ildə çap etdirdiyi "Fars dilində vurğu” adlı eksperimental tədqiqat işi yalnız fars dilçiliyi üçün deyil, həm də ümumi dilçilik üçün faydalı elmi ümumiləşdirmələr və təcrübi nəticələrlə zəngindir. Təsadüfi deyil ki, həmin kitab 2007–ci ildə Milli Elmlər Akademiyasının nailiyyətləri olan kitablar siyahısına salınıb. Onun "Fars dilinin orfoqrafiyası” adlı başqa bir kitabı da 2011–ci ildə işıq üzü görüb. "Lətifələr, yumoristik hekayələr və tapmacalar” adlı ədəbi dil və danışıq dili ilə müqayisə əsasında (disklə birlikdə) çap etdirdiyi dərs vəsaiti fakültə tarixində ilk təcrübədir. Bu kitabda Əsmətxanım 150 lətifə, yumoristik hekayə və 40 tapmacanın iranlı diktorların tələffüzündə səsləndirməklə yanaşı, Tehran dialektində verilmiş söz və tərkibləri ədəbi dilə çevirərək, tələbələrə kömək məqsədilə müqayisəli şəkildə verib. ("Oka Ofset” nəşriyyatı, 232 səh. Bakı, 2012 );

Əsmətxanım Məmmədovanın başqa bir kitabı "Oxu və tərcümə materialları” adlanır. ("Oka Ofset” nəşriyyatı, 296 səh., Bakı 2012). Bu dərs vəsaitini müəllif müasir fars ədəbiyyatından seçilmiş hekayələr əsasında tərtib edib.

Alim ölkədaxili və xarici konfranslarda müxtəlif mövzularla çıxış edərək konfrans təşkilatçılarının təşəkkürünü qazanıb. (Rusiya, İngiltərə, İran, İraq, Türkiyə və s.) 2009-cu ildə Əsmətxanım Məmmədova Universitetdaxili 50+50 qrant müsabiqəsində "Fars dilində omofon və omoqraf probleminə dair” mövzu ilə iştirak edib və həmin müsabiqənin mükafatçısı olub. Qeyd etmək lazımdır ki, Əsmətxanım Məmmədova bir çox jurnalların redaksiya heyətinin üzvü və elmi ekspertidir. Pedaqoji stajı 55 ilə çatan, ümumi iş stajı isə 60 ildən çox olan Əsmətxanım gözəl və yenilikçı, tələbələrinin sevimlisi olan bir pedaqoqdur. O, tələbələrini və tədris etdiyi fənni çox sevir və bu sahədə daim axtarışlar aparır.

Fakültə Tədris metodiki Şurasının sədri, Fakültə Elmi şurasının üzvüdür.

Əsmətxanım Məmmədovanın yaradıcılığının başqa bir qolunu da onun fars dilindən etdiyi tərcümələr təşkil edir. O, müasir fars nəsrinə dair 10-dan çox kiçik və böyük həcmli kitabın mütərcimidir. Onun geniş tədqiqatı, bəzən 80 – 90 səhifəlik məqalələri dilçiliyin bütün bölmələrini əhatə edə bilir. Əsmətxanımın sevimli sahəsi dilin fonetik və qrafik quruluşudur. Bu sahədə uzun illərin tədqiqatını başa çatdıraraq ərəb əlifbasına əsaslanan fars dilinin yazı və tələffüzü arasındakı fərqdən, yazının çətinliklərindən bəhs edən böyük həcmli "Fars dilinin izahlı omofonlar lüğəti” (1000 səhifə həcmində) monoqrafiyasını hazırlayıb.

Əsmətxanım daha 4 tərcümə kitabını: Məhəmməd Ramazanının "Kaktus” və ya "Əl vurmaq qadağandır”, Məhəmməd Babaxaninin əsərləri toplusunu, Vəcihə Əliəkbər Samaninnin "Sənin üçün gözlərim yoldadır”, Şükufə Qaseminin "Bal kimi şirin hekayələr” əsərlərini dilimizə çevirib. Hazırda isə "Atalar sözlərimizin sirri” (F. Nəsirova ilə birlikdə) adlı kitabın tərcüməsi üzərində işləyir.

Əsmətxanım Məmmədova müstəqil respublikamızın I çağırış (1995-2000) və II çağırış (2000-2005) Milli Məclisin deputatı olmaqla Mədəniyyət və Regional məsələlər komissiyaları tərkibində fəaliyyət göstərib. Eyni zamanda müxtəlif ölkələrlə parlamentlərarası dostluq cəmiyyətləırinin üzvü olub. O, vətəni ilə bağlı fəal vətəndaş mövqeyini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ali şurasının, Dünya Azərbaycan qadınlar birliyinin və BMT yanında "Koolosiya 1325”-in idarə heyətinin, Qadın və İnkişaf Mərkəzinin üzvlüyündə, prezidenti olduğu "Kamillik” xeyriyyə qadın cəmiyyətində, Beynəlxalq İslam qadınlar təşkilatında, Ziyalılar cəmiyyətində əməli fəaliyyətləri ilə göstərib və göstərir.

O, Çində Qadınların IV Beynəlxalq forumunda, İraq, Ukrayna, Rusiya, İngiltərə, İran, Qırğızıstan, Türkiyə, Səudiyyə Ərəbistanı, Almaniya, Fransa kimi bir çox ölkələrdə müxtəlif siyasi, elmi missiyalarla səfərlərdə olub. Əsmətxanım Məmmədovanın xidmətləri dövlət orqanları tərəfindən qiymətləndirilib, "Qabaqcıl təhsil işçisi” fəxri nişanı, 3 – cü dərəcəli "Əmək” ordeni, " 2019 - cu il BDU- nun 100 illiyi münasibətilə yubuley medalı, Yazıçılar İttifaqının "Qızıl Qələm” diplomu və müxtəlif fəxri fərmanlarla təltif edilib.

Əsmətxanımın gözəl və səmimi ailəsi, 4 övladı, 11 nəvəsi var. O, 19 yaşında Qarabağ döyüşlərində könüllü vuruşmuş oğlu Məlikov Fəridlə həmişə fəxr edir.

Mənalı ömrünün illəri vətəninin, xalqının inkişafına yönəlmiş fərəhli, yaddaqalan hadisələrlə dolu olan Əsmətxanım Məmmədova onu tanıyanların əbədi sevgisini və ehtiramını qazanıb.


Mehdi Kazımov,

professor

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:50 23.04.2021

Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq

17:46 23.04.2021

Daha bir xəstəxananın şöbə müdiri saxlanıldı - Rüşvətə görə

17:37 23.04.2021

Prezident bu universitetə yeni rektor təyin etdi

17:32 23.04.2021

Azercell-in sürətli mobil interneti yerin üstünü də, altını da əhatə etməyə davam edir

17:28 23.04.2021

Bakıda toyuqları rəngləyib satan sex aşkarlanıb - Video

17:26 23.04.2021

Jurnalistlərin növbəti qrupu COVID-19-a qarşı vaksinasiya olunacaq

17:20 23.04.2021

“Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir

17:18 23.04.2021

Səhiyyə nazirini əvəz edən Teymur Musayev kimdir?

17:16 23.04.2021

“Davam” Gənclər Hərəkatı “Gənclər üçün Dil Kursları” həyata keçirir - FOTOLAR

17:08 23.04.2021

Səhiyyə Nazirliyində müavinlərin sayı 5-ə çatdırıldı

17:03 23.04.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı 2 mindən aşağı düşdü

16:43 23.04.2021

Səhiyyə naziri vəzifəsinin icrası ona tapşırıldı

16:39 23.04.2021

Prezident Oqtay Şirəliyevi vəzifəsindən azad etdi

16:34 23.04.2021

Kütləvi dini ibadət və mərasimlərin keçirilməsi qaydası müəyyənləşir

16:30 23.04.2021

“İlin sonuna müştərilərimiz filiallarımızda əhəmiyyətli dəyişikliklər görəcəklər”

16:20 23.04.2021

COVID-19 xəstələrinə xidmət edən tibb işçilərinə əlavələrin verilməsi müddəti uzadıldı - QƏRAR