“Eşq, ehtiras bunlar keçici hisslərdir”

MAQAZİN
02:07 23.01.2015
1425

İradə İbrahimova həyat yoldaşı ilə münasibətlərindən danışıb.

Gecce.az xəbər verir ki, Türkiyəyə gəlin köçən sənətçi ailə həyatında baş verən çətinliklərin öhdəsindən necə gəldiyini açıqlayıb:

“Aşk”dır, ehtirasdır bunlar keçici şeylərdir. Əsas sevgi və doğmalıqdır. Artıq sən onun bir baxışından bilirsən ki, nə istəyir.

Mən heç vaxt yoldaşımın xoşuna gəlməyən geyimi geyinmərəm. Ceyhun deyir ki, sən bu geyimdə rahatsansa, buyur geyin. Önəmli olan sənin rahatlığındır.

Biz də dörd-dördlük deyilik. Toqquşduğumuz anlar da olur. Mən hirsli olanda o çəkinir, o hirsli olanda mən...

Əsas altdan almaq və səbr etməkdir. İndiki gəlinlər niyə brilliant almadın deyə kapriz edirlər. Həyatı çətinləşdirmək yox, şirinlik edib yaşamaq lazımdır.”

OXŞAR XƏBƏRLƏR