"Necə xoşdursa elə də yaşamaq lazımdır"
Türkiyəli gənc,sevilən aktrisa Hazal Kaya yaşıdlarının sevgi barəsindəki şanssızlığından danışıb.
23 yaşlı aktrisa ürəyinin boş olduğunu, şəxsi həyata ayırmağa vaxtın olmadığını bildirib. Bir neçə ay öncə aktrisalıq dərsləri almağa Londona yollanan Hazal oradan döndüyündə xeyli kiloqram arıqlaması ilə medianın gündəmindən düşmürdü. Yaşıdlarının iş səbəbindən sevgiyə vaxt ayıra bilməməsindən gileylənən Hazal: "Bizim nəslin ən böyük sıxıntısı vaxtdır. Hər şey o qədər sürətli baş verir ki, heç nəyə vaxtımız qalmır. Hər şeyin dadını çıxararaq yaşayırıq. Necə xoşdursa elə də yaşamaq lazımdır" deyib. (anspress)