""Əsrin müqaviləsi" Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir"

""Əsrin müqaviləsi" Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir"
SİYASƏT
17:04 19.09.2019
5172
Heydər Əliyev dühasının, iradəsinin və müdrikliyinin məhsulu olan, "Əsrin müqaviləsi" adını almış məşhur neft sazişinin imzalanmasından 25 il ötür. Dünyada neftin və qazın hasil və nəql edilməsi ilə bağlı çox müqavilələr imzalansa da, "Əsrin müqaviləsi" adını daşıyan saziş Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədardır. Azərbaycanın dövlət müstəqilliyinin o zaman üçün məlum olan risklərdən qorunması, beynəlxalq aləmdə tanınması və gələcək inkişafının əsaslarının qoyulması "Əsrin müqaviləsi"nin imzalanması nəticəsində mümkün oldu.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədovun sözlərinə görə, kasıb, müharibə vəziyyətində olan, xarici təhlükələri hələ tam neytrallaşdıra bilməmiş bir ölkədə on milyardlarla dollar həcmində sərmayənin qoyulmasını nəzərdə tutan layihənin həyata keçirilməsi səhmdarlardan ötrü böyük risk idi:

"Lakin onlar Heydər Əliyevin şəxsiyyətinə və qüdrətinə inandıqlarına görə bu riskə getdilər. Bu, Heydər Əliyevin uzaqgörənliyinin, zəkasının və dövlət adamı kimi qətiyyətinin təntənəsi idi. Tam mübaliğəsiz deyirəm ki, Azərbaycanın ötən əsrin 90-cı illərinin daxili və xarici risklər baxımından məlum reallıqları şəraitində "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmaq nəinki müdriklik və dahilik, həm də böyük qəhrəmanlıq nümunəsi idi. Heydər Əliyev mürəkkəb geopolitik "savaşdan" milli qəhrəman kimi çıxdı.

Artıq 25 ildir ki, "Əsrin müqaviləsi" Azərbaycana xidmət göstərir. Onun sayəsində ölkəmizin dövlət xəzinəsinə milyardlarla vəsait daxil olub. Həmin pullar hesabına Bakının, şəhər və kəndlərimizin siması tanınmaz dərəcədə dəyişdi, yollar salındı, məcburi köçkün əhali üçün gözəl, müasir şəhərciklər inşa edildi, məktəblər, xəstəxanalar tikildi, ordumuz gücləndi və qüdrəti artdı, həyatımız və taleyimiz bütünlüklə dəyişdi. İndi Azərbaycanda yaşamaq xoş, cəlbedici və qürurvericidir. Onu da qeyd etmək istəyirəm ki, "Əsrin müqaviləsi" Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir. Ondan sonra neçə-neçə yeni sazişlər imzalanıb və ölkəmizin gələcəyini daha firəvan, daha çiçəklənən edəcəkdir".

Baş nazirin müavini vurğulayıb ki, Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, onun gələcəyinin təməlini yaratdı. "Bu gün hər bir azərbaycanlı misilsiz xidmətlərinə görə Ona dərin minnətdarlıq hisslərini ifadə edir, Heydər Əliyev siyasətinə sədaqətini bildirir və Prezident İlham Əliyevin ətrafında sıx birləşir. Bu günümüz gözəldir, gələcəyimiz isə daha gözəl olacaq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır
20:55 24.06.2025
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır