Eşşək südü qızılcanın DƏRMANIDIR?

Eşşək südü qızılcanın DƏRMANIDIR?
MARAQLI
18:58 10.02.2024
671

Son günlər sosial şəbəkələrdə və bəzi KİV-də eşşək südü ciddi şəkildə təbliğ edilir. Hətta bəziləri eşşək südünün qızılcanın yeganə dərmanı olduğunu iddia edirlər. Ona görə də bir çox insan sosial şəbəkələrdə eşşək südünün axtarışına çıxıb.

Nəzərə alaq ki, eşşək südünün xərçəng xəstəliyinin, o cümlədən sədəf, sirroz, ürək və damar, astma, bronxit xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malik olduğu ilə bağlı iddialar kifayət qədərdir.

Dünyanın bir çox ölkələrində eşşək südü və pendiri istehsal edilir. Onların arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin və digər ölkələrin adlarını qeyd etmək olar. Eləcə də qardaş Türkiyədə artıq bir müddətdir ki, eşşək fermaları yaradılıb.

Eşşək südünün bu cür məşhurlaşmasından istifadə edən işbazlar da eşşək südünün qiymətini "ceyranın belinə qaldırıblar”.

Araşdırmamız nəticəsində məlum olub ki, eşşək südünün stəkanı - 20 manata, litri isə 100 manata təklif olunur.

Eşşək südü qızılcanın müalicəsində effektiv ola bilər?

Məsələ ilə bağlı Bizim.media-ya danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, qızılca bu gün əvvəlki dövrlərdən fərqli bir davranış göstərir:

"Yəni virus müəyyən bir dəyişikliyə uğrayıb. Ona görə də qızılcanın tüğyan etməsi vaksinasiya olunmamaqla bağlı deyil. Sadəcə qızılcanın yeni xassəsi yaranıb.

Əslində bu, daşıyıcı virus olduğu üçün dəyişmə də gözləniləndir. Ona görə vaksinasiya əsas çıxış yolu olaraq qalır. Bununla paralel digər mübarizə vasitələri də önəmlidir”.

Adil Qeybulla eşşək südünün xalq təbabətindən gəldiyini qeyd edib:

"Əslində bu, məsələnin həlli deyil. Düzdür, müxtəlif ağciyər xəstəliklərində əks-təsirinə görə bu süd müəyyən önəm daşıyır. Amma - "eşşək südü yüz faiz qızılcanı aradan qaldırır”, - demək düzgün deyil. Bu cür şayiələrlə insanlar COVID-19 pandemiyası zamanı vaksindən uzaqlaşdı.

Nəticədə xeyli problem yarandı. İnfeksiya bütün dünyaya yayıldı və qlobal bir pandemiyaya çevrildi. Ona görə də elmin göstərdiyi yolla getmək lazımdır.

Təbabətdə elə bir şey yoxdur ki, hansısa bir dərman hansısa xəstəliyin tam əlacı olsun. Yaxşı olar ki, insanlar şayiələrə yox, elmin göstərdiyi yola inansınlar”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb