Estetik əməliyyat etdirən 62 yaşlı qadın vəfat etdi

Estetik əməliyyat etdirən 62 yaşlı qadın vəfat etdi
DÜNYA
12:28 13.10.2023
252
62 yaşlı qadın estetik əməliyyatdan sonra vəfat edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, İstanbulda özəl xəstəxanalardan birində yanaq və qol gərdirmə əməliyyatı keçirən 62 yaşlı İrlandiyalı Annetta Barbara Rohder əməliyyatdan sonra vəfat edib.
 
Əməliyyatdan 6 gün sonra yenidən xəstəxanaya yerləşdirilən qadının ürəyi dayanıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq vəfat edən qadın məhkəmə tibb ekspertizasına aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Günel
OXŞAR XƏBƏRLƏR