Estoniya Gürcüstan hakimiyyət strukturlarının 55 nümayəndəsinin ölkəyə girişinə qadağa tətbiq edib.
Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sosial şəbəkələrdə məlumat verib.
Siyahıya "məhkəmə sistemi, məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən etirazçıların təqibinə görə məsuliyyət daşıyan" Gürcüstan hakimiyyətinin nümayəndələri daxil edilib.
Ölkənin Xarici İşlər Nazirliyi Latviya və Litvanın Gürcüstan hakimiyyətinə qarşı məhdudlaşdırıcı tədbirlərə qoşulduğunu bildirib.
///report