Estoniya Prezidenti Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi haqqında qanunu imzalayıb

Estoniya Prezidenti Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi haqqında qanunu imzalayıb
DÜNYA
20:36 30.05.2024
134
Estoniyada Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi haqqında qanun layihəsi təsdiqlənib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, qanun layihəsini Estoniya Prezidenti Alar Karis imzalayıb.

Xatırladaq ki, Estoniya parlamenti mayın ortalarında Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinə və Ukraynanın müharibə səylərini və yenidən qurulmasını maliyyələşdirmək üçün istifadə edilməsinə icazə verən qanunu qəbul edib.
OXŞAR XƏBƏRLƏR