Estoniya-Rusiya sərhədində 250 kq-lıq bomba tapıldı

Estoniya-Rusiya sərhədində 250 kq-lıq bomba tapıldı
DÜNYA
02:36 03.11.2025
83
Estoniyanın Rusiya ilə sərhədində yerləşən Narva-Yıesu bölgəsində 250 kq-lıq aviasiya bombası aşkar edilib.

Bu barədə "Postimees" məlumat yayıb.

Sursat meşədə gəzən yerli sakin tərəfindən təsadüfən aşkar edilib. Mütəxəssislər tez bir zamanda hadisə yerinə gəlib və sursatın aviasiya bombası olduğunu müəyyən ediblər.

İlkin məlumatlara görə, bu, İkinci Dünya Müharibəsinə aid bomba ola bilər.

Döyüş sursatının təhlükəsiz şəkildə məhv edilməsi planlaşdırılır.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR