Estoniya Rusiyadakı səfirini geri çağırdı

Estoniya Rusiyadakı səfirini geri çağırdı
DÜNYA
19:52 07.02.2023
177
Estoniya Prezidenti Rusiyadakı səfiri geri çağırıb.

Bu barədə ERR dövlət radiosu məlumat yayıb.

Bildirilib ki, ölkə lideri Alar Karis Estoniyanın Rusiyadakı səfirti Marqus Laydrenin geri çağırılması barədə qərar imzalayıb.

Xatırladaq ki, ötən ay Rusiya XİN Estoniyanın ölkədəki diplomatik missiyasının rütbəsinin müvəqqəti işlər vəkili səviyyəsinə endirildiyini elan edib və səfirə 7 fevrala qədər ölkəni tərk etmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR