Estoniya Ukraynaya hərbi kontingent göndərməyə hazırdır

Estoniya Ukraynaya hərbi kontingent göndərməyə hazırdır
DÜNYA
17:57 03.09.2025
219
Estoniya Ukrayna üçün ABŞ istehsalı silahlarının alınmasında iştirak edəcək və "istəkli ölkələr koalisiyası” belə bir addımı təsdiqlədiyi təqdirdə, hərbi kontingent göndərməyə hazırdır.

Bu barədə Estoniya Prezidenti Alar Karis Brüsseldə NATO-nun Baş katibi Mark Rutte ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.

"Mən bu gün vurğulamaq istəyirəm ki, Estoniya bu təşəbbüsü tam dəstəkləyir və bu səylərdə məmnuniyyətlə iştirak edəcək. Estoniya Ukraynanın azadlığını müdafiə etmək üçün dəstəyini davam etdirəcək”, –Karis qeyd edib.

O əlavə edib ki, yalnız bu il Estoniya ÜDM-nin 0,3 faizini Ukraynaya birbaşa hərbi dəstəyə yönəldib. Prezident həmçinin vurğulayıb ki, Estoniya müdafiə sənayesi Ukraynanın müdafiə sənayesi ilə əməkdaşlığını getdikcə artırır.

Karis qeyd edib ki, Ukrayna müharibənin bitməsini haqq edir, lakin Estoniya öz tarixi təcrübəsindən yaxşı bilir ki, yalnız "yaxşı təmin edilmiş sülh uzunmüddətli və davamlı ola bilər”.
 
apa
OXŞAR XƏBƏRLƏR