Ət yenə bahalaşdı - VİDEO

Ət yenə bahalaşdı - VİDEO
SOSİAL
21:38 15.03.2026
214
Dana ətinin qiymətində artım müşahidə olunur.

AZXEBER.COM Xezerxeber.az-a istinadən  xəbər verir ki, Bakının müxtəlif yerlərində bir müddət öncə 16-17 manata təklif olunan dana əti, son günlərdə 18 manata satılır.

Qəssablar bildirilər ki, qiymətin artması onların satışlarına mənfi təsir göstərir.

Satıcılar qiymətin qalxmasına səbəb olaraq rayonlardan heyvanları baha qiymətə aldıqlarını söylədilər.

Qəssablar heyvanların baha satılmasına başqa bir səbəb kimi isə yemin qiymətlərinin artmasını göstərirlər.

OXŞAR XƏBƏRLƏR