Etibar Hüseynov: ‘Mən qarabağlıların heç birindən üzr istəməyəcəm’ - ÖZƏL AÇIQLAMA

Etibar Hüseynov: ‘Mən qarabağlıların heç birindən üzr istəməyəcəm’ -  ÖZƏL AÇIQLAMA
Bütün Xəbərlər
15:11 02.04.2014
3559

Əgər mən indi üzür istəsəm o zaman dediyimin səhv olduğunu qəbul etmiş olaram”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında deputat Etibar Hüseynov Qarabağ müharibəsi veteranlarının ondan qarabağlılardan üzür istəməsi tələbinə cavab olaraq söyləyib:

“Əgər mən səhv etsəydim mən xalqımdan bir ayaqüstündə dayanıb üzür istəyərəm. Əgər mən indi üzür istəsəm o zaman dediyimin səhv olduğunu qəbul etmiş olaram. Ona görə də heç kim məndən inciməsin. Mən qarabağlıların heç birindən üzür istəməyəcəm”.

Deputat haqqında yazılanlardan da danışaraq, baş verənlərə aydınlıq gətirib:

“Birncisi deyirlər ki, guya ki, mən qarabağlıları təhqir eləmişəm. Halbuki qulağında və gözündə problemi olmayanlar görür ki, danışığımda konkret olaraq heç bir bölgənin adını çəkmirəm. İkincisi, qaçqın və məcburi köçgünlərə "gələnlərin içində elələri var idi ki, yaşadığı məkanda nəinki TV, heç radio səsi belə eşitməməşdi və bu insanlar qəflətən paytaxt yerində yaşamaq məcburiyyətində qaldılar" ifadəsidir. Burada səhv və ya təhqiramiz nə var ki? Axı hamınız çox gözəl bilirsiniz ki, nəinki uzaq 80-ci illərdə, elə günü bu gün də Azərbaycanımızın onlarla kəndi, qəsəbəsi var ki, nəinki TV və radio heç adi mobil rabitəsi belə yoxdur. Üçüncüsü, hiddət doğuran ifadələrimdən biri də "o vaxt əksəriyyəti ayaqyalın, başıaçıq, ac-yalavac, doğma və yaxınlarını itirmış və buna görə də əsəbi və aqressiv olan kəslərin birdən-birə şəhər mühitinə adaptasiyası çətin oldu, sanki bir anda yağla su bir-birinə qatışdırıldı" deməyimdir. Burada yalan nə var ki?

Bəzi şəxslər mənimlə jurnalist fəaliyyətim ərzində olan qərəzli münasibətlərindən burada da istifadə etdilər. Onların sanki əlinə fürsət düşüb. İstəyirlər ki, məni insanların gözündən salsınlar. Amma buna nail ola bilməyəcəklər. Hər kəs baxıb həmin kadrlarda danışdığım cümlələri diqqətlə dinləsin. Ondan sonra başa düşəcəklər ki, mən heç kimi təhqir etməmişəm. Mən bir çoxlarında daha çox qarabağlıyam. Mən qaçqınlığı öz üzərimdə hiss eləyəndə çoxları hələ qaçqınlığın nə olduğunu bilmirdi”.

Xatırladaq ki, millət vəkili Etibar Hüseynov ANS-də gedən verilişlərin birində çıxışı zamanı Azərbaycanda şəhər mədəniyyətini 50, 60, 70-ci illərdə rusların, yəhudilərin, ermənilərin, rus dilli azərbaycanlıların yaratdığını söyləyib. E. Hüseynovun sözügedən çıxışını təqdim edirik:

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR