Etibar Mirzəyev: "Prezident İlham Əliyevin Türkiyədəki yanğınlarla bağlı əmri tam icra edilib"

Etibar Mirzəyev: "Prezident İlham Əliyevin Türkiyədəki yanğınlarla bağlı əmri tam icra edilib"
SİYASƏT
13:37 13.08.2021
699
"Prezident İlham Əliyevin Türkiyədəki yanğınlarla bağlı FHN-in qarşısında qoyduğu əmr tam olaraq icra edilib".

AZXEBER.COM xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, avqustun 12-də Muğla "böhran mərkəzi"ndə keçirilən toplantıda rəsmi olaraq yanğınların tam söndürülməsi haqqında məlumat verilib: "Bu müddətdə yerli yanğınsöndürənlər yanğınların söndürülməsi, soyudulması və ağacların kəsilməsinə nail olub. Bizim və yerli yanğınsöndürənlərin məqsədi yanğınların strateji və insanların məskunlaşdığı bölgələrə yaxınlaşmasının qarşısını almaq olub".
OXŞAR XƏBƏRLƏR