Etibarnamə ilə maşın alanlar mütləq izləsin - VİDEO

Etibarnamə ilə maşın alanlar mütləq izləsin - VİDEO
SOSİAL
23:54 20.05.2025
592
Etibarnamə ilə aldığı avtomobil üzrəində həbs olduğu üçün cərimə meydançasına qoyulub... Avtomobili çıxarmaq üçün getdikdə isə məlum olub ki, əvvəlki sahibi onu aparıb... İndi nə maşını ala bilir, nə də pulunu...

AZXEBER.COM Xəzər TV-yə istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonunda yaşayan Vüqar Fərzəliyevin başına gəlib. O iddia edir ki, sosial şəbəkədə elanında gördüyü 2007-ci il buraxılışlı Hunday markalı avtomobili 13 min manata alıb. Baş etibarnamə ilə avtomobilə sahibləndikdən sonra isə mobil telefonuna məhkəmə qərarı ilə həmin nəqliyyat vasitəsinə həbs qoyulması ilə bağlı bildiriş gəlib. İndi onun nə avtomobili var, nə də ödədiyi pul geri qaytarılır.

Bundan sonra avtobomilin mülkiyyətçisi Kənan Cavadov Vüqar Fırzəliyə nəqliyyat vasitəsini yol polisinə aparmağı məsləhət görüb. Vüqar Fərzəliyev iddia edir ki, o Kənanın cərimələrini ödədikdən sonra avtomobili Yasamal rayonundakı cərimə meydançasından çıxarmağa gedib. Orada isə maşını tapa bilməyib.

Videomaterialı təqdim edirik. 

OXŞAR XƏBƏRLƏR