Etika Akademiyası məktəbəqədər yeni tədris metodu təqdim edir. Akademiyada 5-7 yaş həddində
uşaqlar məktəbə, liseylərə hazırlaşmaq üçün tamamilə yeni ve 100 % effektiv üsulla tanış olacaqlar.
Onların
bu effektiv üsulla peşəkar, xaricdə təhsil almış məşqçilər vasitəsilə ana dili, məntiq, riyaziyyat, təbiət elmlərini
əyləncəli virtual reallıq görüntüləri ilə öyrədilməsi nəzərdə tutulmuşdur..
Ənənəvi tədris metodundan fərqli olaraq bu cur tədris daha sürətlə və yaxşı yadda qalır. Standart fənlərlə
yanaşı Etika Akademiyası bu proqrama ingilis dili, etiket və aşpazlıq fənlərini də əlavə edib . Yəni həftənin 4
günü uşaqlar sürətlə ən çətin aşılanan mövzuları xüsusi yüksək effektiv və rəngarəng görüntülərlə Etika
Akademiyasında öyrənəcəklər . İngiltərənin 50 dən artıq məktəbi artıq bu sistemlə çətin fənləri şagirdlərə daha
asan öyrədə bilirlər. Eyni
zamanda Etika Akademiyası Virtual və Argumental Reallıqları ən yüksək səviyyədə yarada bilən London və
Türkiyə şirkəti ilə əməkdaşlıq edərək AR Təhsil Nazirliyinin təsdiqlədiyi tədris metodu ilə virtual görüntüləri
hazırlamışdır. Məsələn, əgər heyvanlar aləmindən danışırıqsa, şagirdlər məlumat aldıqdan sonra gözlükləri
taxaraq filləri, atları, delfinləri reallıq qədər yaxın görəcəklər. Planetləri, ayı astranavtlar qədər rahatlıqla
gəzərək öyrənmək mümkündür. Bu metodla məlumatı vizuallaşdıranda onu unutmaq mümkün deyil, yaratdığı
emosiyalar və həqiqət yaddaşlara həmişəlik həkk olunur. Tədris
fevral ayının 5 dən etibarən başlayır. Qeydiyyat artıq başlamışdır. Sinifdə cəmi 6 -10 nəfər ola bilər. Yerlər
məhduddur. Ümumilikdə 4 növbə və 40 şagird əhatə etmək mümkündür. Elanlar Cinema Plus kinoteatrlarında
yayımlanır. Qeyd
edək ki, Etika Akademiyası Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəznində
fəaliyyət göstərən fərdi inkişaf mərkəzidir
Əlavə olaraq isə məlumatı Etika Akademiyasının sosial şəbəklərindən ala bilərlə