Yeni həftə bəzi bürclər üçün sürprizlərlə dolu olacaq. Ulduzların düzümü sevgi, karyera və maliyyə sahəsində yeni imkanlar açır.
AZXEBER.COM xəbər verir ki, xüsusilə üç bürc bu dövrdə həm daxili rahatlıq, həm də gözlənilməz uğurlar qazanacaq.
Qoç – Bu həftə Qoçları enerjili və motivasiyalı günlər gözləyir. Qərarlarını dəqiq verəcək, qarşısına çıxan fürsətləri dəyərləndirəcəklər. İş həyatında mühüm irəliləyiş və ya yeni təkliflə üzləşə bilərlər.
Əkizlər – Əkizlər üçün 8-14 sentyabr sosial çevrənin genişlənməsi və yeni əlaqələrin qurulması ilə yadda qalacaq. Onların qarşısına gələn tanışlıqlar gələcəkdə həm şəxsi həyat, həm də peşə baxımından fayda gətirəcək.
Oxatan – Oxatan bürcü bu həftə gözlənilməz uğurların sahibinə çevrilə bilər. Maliyyə mövzusunda müsbət dəyişikliklər, həmçinin şəxsi münasibətlərdə harmoniya onların həyatına əlavə enerji qatacaq.